Gəncədə Milli qəhrəmanlar təbliğ olunurlar
Tarix: 31.07.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Gəncədə «Milli Qəhrəmanların təbliğində media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr» mövzusunda «dəyirmi masa» keçirilib. «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) dəstəyi ilə reallaşdırdığı «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi çərçivəsində baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının rəhbər şəxsləri, yerli kütləvi informasiya vasitələrinin, o cümlədən internet media resurslarının təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
«Dəyirmi masa»nı giriş sözü ilə YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, qədim və zəngin ənənələrə malik Gəncə şəhəri həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olub. Müxtəlif dövrlərdə yadelli hücumlarına məruz qalan şəhər mətinlik və mübarizlik nümunəsi göstərib. Qəhrəmanlıq tarixinin yaşadılması isə son dərəcə mühüm vəzifə kimi müəyyənləşdirilib. Gəncə şəhər rəhbərliyi də fəaliyyətində buna üstünlük verir. N.Həmzəyev deyib: «Cənab başçı Elmar Vəliyev torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvlərinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Bu adamlara müxtəlif yardımlar edilir, yeni mənzillərlə təmin olunur, mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Bundan başqa şəhidlərin və Milli qəhrəmanların xatirələrinin əbədiləşdirilməsinə ciddi önəm verilir. Gəncədə 200-dək küçəyə şəhidlərin adı verilib. Bundan başqa şəhərin Şəhidlər xiyabanı yenidən qurulub. Orada abidə kompleksi ucaldılıb». N. Həmzəyev əlavə edib ki, məzarı Gəncənin Şəhidlər xiyabanında olan 369 şəhidin 5-i Azərbaycanın Milli qəhrəmanıdır.
«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsinin rəhbəri Əvəz Rüstəmov çıxışında sözügedən layihə barədə məlumat verib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2014-cü ilin iyul-dekabr aylarını əhatə edir: «Çoxəsrlik qəhrəmanlıq ənənələrinə malik Azərbaycan xalqının əldə etdiyi ən böyük nemət dövlətçilikdir. İstər qədim dövrlərdə, istər orta əsrlərdə, istərsə də yeni və ən yeni tarix mərhələsində məhz qəhrəmanlıq keyfiyyətlərinə sadiqlik nəticəsində dövlət qurmağı və onu qorumağı bacarmışıq. Hesab edirik ki, Vətən torpaqları uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsini yaşatmaq təkcə mənəvi borc deyil, eyni zamanda Azərbaycanın gələcəkdə də müstəqil dövlət kimi öz varlığını sürdürməsi baxımından son dərəcə önəmlidir. Mövcud layihə həmin önəmi dəyərləndirmək, cəmiyyətdə vətənpərvərlik hissinin gücləndirilməsini, Milli qəhrəmanlarımızın rəşadətli həyat yolunun cəmiyyətə yaxından çatdırılması ilə bağlı ölkə miqyasında gedən proseslərə dəstək göstərilməsini nəzərdə tutur». Ə.Rüstəmov Milli qəhrəmanların sistemli dövlət qayğısı ilə əhatə olunduğunu bildirərək bu prosesdə, ümumən şəhid ailələrinə, müharibə veteranlarına həssas yanaşılmasında ƏƏSMN-nin mühüm rol oynadığını bildirib. Layihəni nazirliyin sosial yönümlü tədbirlərinə əlavə ictimai dəstək kimi dəyərləndirib.
YAP Gəncə Şəhər Təşkilatının ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş oğullarımızın xatirəsinin əbədiləşdirilməsinin, onların örnək kimi gənc nəslə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıb. Bu baxımdan layihənin əhəmiyyətini yüksək qiymətləndirən H.Budaqov xüsusən də ƏƏSMN-nin qəhrəman övladlarımızın təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib. O, cənab Səlim Müslümovun nazir təyinatından sonra bu dövlət qurumunda aparılan islahatların sosial problemlərin həlli ilə yanaşı, ictimai məsələləri əhatə etməsini vacib məqam kimi önə çəkib.
«Dəyirmi masa»da çıxış edənlər cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edərək bildiriblər ki, mövcud prosesdə medianın üzərinə böyük missiya düşür. Bu baxımdan media peşəkarlığının aspektlərinə nəzər salınıb, müxtəlif situasiyalar təhlil olunub.
«Dəyirmi masa»da Gəncə Şəhər İcra Hakimiyyətinin yeni nəşri olan «Gəncə şəhərinin hərb tarixi və şəhidləri» kitabı ətrafında da müzakirələr aparılıb. YAP Gəncə Şəhər Təşkilatının sədri N.Həmzəyev kitabın yeni nüsxələrinin də çap ediləcəyini, ümumən Gəncə şəhərinin qəhrəmanlıq tarixi ilə bağlı yeni nəşrlərin hazırlanacağını vurğulayıb. «Dəyirmi masa» çərçivəsində həmçinin Gəncə Şəhidlər xiyabanı da ziyarət olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info