Naxçıvan Muxtar Respublika Xəstəxanasının binası yenidən qurulur
Tarix: 31.07.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın ən böyük tibb ocağı olan Naxçıvan Muxtar Respublika Xəstəxanasının binası yenidən qurulur.
2012-ci ilin avqust ayından başlayaraq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan obyektdə ilkin mərhələdə binanın təməl hissəsinin daha da möhkəmləndirilməsi məqsədilə ətraf xüsusi beton örtüyü ilə əhatələnib, zirzəmidə üçmərhələli izolyasiya işləri aparılıb.
Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada tikinti işləri yekunlaşıb, dam örtüyü vurulur. Daxildə suvaq işləri aparılır, döşəmə vurulur, I, II, III mərtəbələrdə isə tavan qurulur. Binada yerləşən 109 palatanın hər birinə məxsus hamam kompleksində fayans işləri davam etdirilir, su və elektrik xətlərinin çəkilişi isə başa çatdırılıb.
Qeyd edək ki, xəstəxana binasının 4 korpusunun hər birində yük və sərnişin liftləri olmaqla 10 lift quraşdırılacaq. Binanın giriş hissəsinin oval şəbəkəbənd formasında olması bura gələnlərə asanlıqla bir korpusdan digərinə keçmək imkanı yaradacaq. Binanın fasad hissəsi klassik və müasir memarlıq elementləri ilə zənginləşdiriləcək. Fasadda üzlük daş, poliestr və digər yerli inşaat materiallarından istifadə olunacaq. İnteryerdə aparılan dizayn işləri zamanı avanqard metodlardan istifadə ediləcək.
Yeni layihəyə əsasən, binanın zirzəmi hissəsində masaj salonu, SPA mərkəzi, hovuz, duş kabinələri, morq, həkim və tibb bacıları üçün otaqlar və xidməti yerlər yaradılacaq. Birinci mərtəbə stomatoloji kabinələr, təcili yardım, palatalar, fizioterapiya, ot vannası və Naftalan nefti ilə müalicə kabinələri, rentgen, əməliyyat otaqları üçün nəzərdə tutulub. Qalan mərtəbələr isə xəstəxananın şöbə və bölmələri, həkim və tibb bacıları, palatalar və digər müayinə və müalicə otaqları, laboratoriyalar, istirahət guşələri üçün ayrılıb. Binanın sonuncu mərtəbəsində geniş akt zalı, tibb təhsili alan tələbələr üçün siniflər və kafe yerləşəcək.
Bütün bunlarla bərabər, xəstəxana binasından 45-50 metr kənarda yeni köməkçi bina da tikiləcək ki, hazırda burada beton-qəlib işləri görülür. İki mərtəbədən ibarət olacaq binada qazanxana, camaşırxana, elektrik və təsərrüfat otaqları, bufet və sair yerləşəcək.
Ümumiyyətlə, müasir layihə əsasında yenidən qurulan xəstəxana binası istifadəyə verildikdən sonra nəinki muxtar respublikanın, hətta bütün regionun ən nəhəng səhiyyə ocaqlarından biri olacaq.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 11-də imzaladığı Sərəncama əsasən, xəstəxananın müasir tibbi avadanlıqla təchiz olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9 milyon manat vəsait ayrılıb.
Son 19 il ərzində muxtar respublikada 200-dən çox səhiyyə müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb
18.07.2019
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18.07.2019
KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb
18.07.2019
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18.07.2019
Pomidorun qiyməti bir həftəyə ucuzlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info