Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yeni layihələr reallaşdıracaq
Tarix: 31.07.2014 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Makedoniyanın prezidenti Gjorge İvanov Skopyedə səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini qəbul edib. Görüş zamanı prezidentə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumu, müzakirə olunan mövzular və forumunun nəticələri haqqında ətraflı məlumat verilib. Müştərək Cəmiyyətlər Forumu artıq nüfuzlu beynəlxalq təşəbbüsə çevrilərək, dünyanın bir çox ölkələrinin sabiq dövlət və hökumət başçılarının çox vacib müzakirələrin apara bilinəcəyi qlobal platforma rolunda çıxış edir. Belə ki, 2013 və 2014-cü il forumlarında toplam olaraq dünyanın 51 ölkəsindən 60-dan çox sabiq ölkə və hökumət başçıları iştirak edib. Prezident İvanov dünyada stereotiplərin, yoxsulluğun, ayrı-seçkiliyin mövcudluğunu nəzərə alaraq bu problemlərin aradan qaldırılmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və onun yaratdığı şəbəkənin reallaşdırdığı toplantıların son dərəcə vacib olduğunu bildirib. Görüş zamanı prezidentlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun Andorrada hazırladıqları sayca üçüncü olan Ali Qrup Toplantısı və 2015-ci ildə nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında müzakirələr aparılıb. Forumda iştirak üçün dəvəti qəbul edən pezident İvanov bu təşəbbüsün qlobal müstəviyə çıxmasında Azərbaycan Prezidentinin verdiyi dəstək və diqqətin önəmli rolu olduğunu və Azərbaycan ilə Makedoniya arasında əməkdaşlığa xüsusi önəm verildiyini bildirib. Qeyd edək ki, prezident İvanovun təşəbbüsü olan Gənc Liderlər Məktəbi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq müqaviləsinin imzalanması razılaşdırılıb və qısa zamanda hər iki qurum birgə beynəlxalq layihələrin reallaşdırılmasına başlayacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info