Sarkisyan sülhdən danışdı
Tarix: 31.07.2014 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


“Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupunun həmsədrləri formatında aparılan danışıqlar çərçivəsində yalnız sülh yolunda görür”. ARKA-nın verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz məsələləri və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşdə deyib.
Onun sözlərinə görə, belə yanaşmanın əsas səbəblərindən biri odur ki, Minsk qrupu 20 ildən çox müddətdir nəzərəçarpacaq təcrübə və institusional yaddaş toplayıb: "Minsk qrupunun təklif etdiyi prinsiplər münaqişənin həllinin əsası ola bilər".
Bununla yanaşı, prezident qeyd edib ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səlahiyyətləri çərçivəsində mümkün olan hər şeyi edən vasitəçidir.
S.Sarkisyan müxtəlif səviyyələrdə Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə beynəlxalq prinsiplər əsasında münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədiyinə görə Aİ-nin fəaliyyətini yüksək qiymətləndirib.
H.Salber isə öz növbəsində deyib ki, Aİ onun xüsusi nümayəndə vəzifəsinə təyin edilməsi ilə mövcud münaqişələrin nizamlanmasında iştiraka və əməkdaşlığa hazır olması işarəsini vermək istəyir: "Təyinatdan qısa müddət sonra regionun 3 ölkəsinə səfər məhz bu məqsədə istiqamətlənib".
Tərəflər görüşdə Ermənistan-Aİ münasibətlərinə və əməkdaşlığına da toxunublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info