“Gənclər arasında protokol qaydalarının təbliği”
Tarix: 31.07.2014 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında rayonun fəal gənci Telman İmanovun “Gənclər arasında protokol qaydalarının təbliği” adlı fərdi layihəsinin ikinci hissəsi və bağlanış mərasimi keçirilib. Tədbir təlimçi Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Sənan Nəcəfovun təqdimatında “Bədən dili”ndən bəhs edən mövzu ilə davam etdirildi. Təlimçi hər bir şəxsin iş həyatında daha yaxşı nailiyyətlər əldə etməsi nöqteyi nəzərindən “Bədən dili” haqqında məlumatlı olmasının əhəmiyyətini diqqətə çatdırdı. Təlimçi bildirdi ki, davranışlarımızı, jest və mimikalarımızı yerində və vaxtında istifadə etsək, insanlara təsir gücümüz artar, həddindən artıq əl-qol hərəkətləri, mimikaların çoxluğu dinləyənin diqqətini azaldaraq mövzunu zəiflədər. Biri ilə söhbət etdikdə, “bədən dili”mizi düzgün istifadə edə bilməyimiz üçün hər şeydən əvvəl diqqətimizi o adama və mövzuya verməyimizin vacib olduğunu vurğuladı. Təlimçi “Bədən dili”nin təhsil sahəsində də faydasının ən azı ünsiyyət qədər vacib olduğunu qeyd etdi. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Təlimin sonunda iştirakçılar arasında diskussiya aparıldı. Təlim yekunlaşdıqdan sonra layihə rəhbəri Telman İmanov ona göstərilən dəstəyə görə bir daha təşkilatçılara təşəkkürünü bildirdi.
Sonra YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov çıxış edərək, təlimin çox aktual və eyni zamanda peşəkar iş həyatında uğur qazanmaq istəyən hər bir şəxs üçün önəmli olduğunu nəzərə çatdırdı.
Binəqədi rayon Gənclər və İdman İdarəsinın rəisi Qüdsi Bayramov gənclərə təlim nəticəsində əldə etdikləri biliklərdən səmərəli istifadə etməyi, qazandıqları bilik və bacarıqlardan dövlətimizin möhkəmlənməsi və daha güclü olması istiqamətində məqsədyönlü şəkildə tətbiq etməyi məsləhət gördü.
Sonda təlimdə iştirak edən şəxslərə sertifikatlar təqdim olundu.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info