Qəbələ festivalı ənənəvi incəsənət bayramıdır
Tarix: 31.07.2014 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“Qəbələ Beynəlxalq Musiqi Festivalı ənənəvi, gözəl bir incəsənət bayramına çevrilib. Bu günlər Qəbələdə xüsusi ab-hava hökm sürür. Bura gəlmiş xarici qonaqlar ölkəmizin sürətli inkişafı, dünyada gündən-günə artan nüfuzu, xalqımızın adət-ənənələri və mədəniyyəti, milli musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar.
Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm musiqi festivalının keçirilməsi mühüm hadisədir”. Bu sözləri Qəbələ VI Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlov deyib. Yalçın Adıgözəlov festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Qədim Qəbələ torpağında, füsunkar təbiətin qoynunda istirahət edən yerli və xarici turistlərin hər axşam festival çərçivəsində müxtəlif janrlarda səslənən musiqilərdən zövq aldıqlarını deyən tanınmış dirijor qeyd edib ki, dünyada böyük şəhərlər festival paytaxtı statusunu tədricən itirir və bu yeri mənzərəli kiçik şəhərlər - sənət və təbiət gözəlliyinin çox uğurla uzlaşdığı məkanlar tutur. Qəbələ festivalının keçirildiyi günlərdə klassik musiqi həvəskarları ABŞ, Rusiya, Avstriya, İsrail, Türkiyə və digər ölkələrin tanınmış musiqi kollektivlərinin ifasında dünya şöhrətli bəstəkarların əsərlərini dinləmək imkanı əldə edirlər. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu diyarda keçirilən festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq
20.01.2019
Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info