Vətən xainləri qanun qarşısında cavab verməlidir
Tarix: 01.08.2014 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi qondarma hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun işğalçı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə bağlı təkzibolunmaz faktlar ortaya çıxıb. Azərbaycanın dövlət və milli maraqlarına qarşı fəalliyyəti özlərinə həyat devizi seçən Yunuslar öz oyunlarına Rauf Mirqədirovu da qoşaraq, Ermənistan xüsusi xidmət orqanlarına dövlət sirri ola biləcək informasiyalar, hərbi-sənaye obyektlərinin fotolarını ötürüblər. Bunun müqabilində ermənilərin də vasitəçiliyi ilə müxtəlif xarici donor təşkilatlarından külli miqdarda vəsait əldə ediblər. Həmin qrantları belə, saxta sənədlərlə mənisməyən bu cütlük qanunsuz sahibkarlıqla da məşğul olublar. Vətənə xəyanət edərək erməni işğalçılarla işbirliyinə girən Leyla və Arif Yunuslar xəyanətlərinin üstünün açıldığını gördükləri üçün müxtəlif şoular təşkil edir, yalan-böhtan kampaniyası aparırdılar. Amma əlahəzrət fakt ortadadır. Azərbaycan torpaqlarının 20 faizini işğal edən, Xocalıda soyqırımı törədən Ermənistan kəşfiyyatı ilə əməkdaşlıq edən Vətən xainləri layiq olduqları cəzaları almalıdırlar. Tanınmış QHT nümayəndələrinin də ortaq fikri belədir.

Elçin Behbudov: “Dövlətə xəyanət etməyə heç cür haqq
qazandırmaq olmaz”


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib ki, Leyla Yunus qanun qarşısında cavab verməlidir: “Günahı varsa, cəzalandırılmalıdır, yoxdursa, azadlığa buraxılmalıdır. Dövlətə xəyanət etməyə heç cür haqq qazandırmaq olmaz. İnsan Vətənini sevməli, öz ölkəsi ilə düşmən olan bir ölkəyə casusluq etməməlidir. Bu cür hallara göz yummaq olmaz. Leyla Yunusun barəsində hələlik istintaq gedir. Hesab edirəm ki, sonda məhkəmə ədalətli hökm çıxaracaq. Hüquq müdafiəçisi müstəqil şəxs olmalı, nə iqtidara, nə müxalifətə qoşulmalıdır. Heç kimi təhqir etməməlidir. Leyla Yunus isə kameraların önündə polisin papağını başından götürüb yerə çırpır. Həmin papağın üzərində Azərbaycanın atributları təsvir olunub. Hüquq müdafiəçisi olan şəxs belə hərəkətlərə yol verməməli, ilk növbədə özünə hörmət etməlidir”.

Azay Quliyev:
“Leyla Yunusun hərəkətlərinə hüquqi müstəvidə qiymət
verilməlidir”

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qeyd edib ki, Leyla Yunusun hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir: “Şübhə etmirəm ki, hüquq-mühafizə orqanları Leyla Yunusa qarşı irəli sürülmüş ittihamları obyektiv şəkildə araşdıracaq və düzgün qiymət verəcək. Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə həllini tapacaq. Leyla Yunusun həbsi onun siyasi fəaliyyəti ilə bağlı deyil. Leyla Yunus hər hansı siyasi partiyanı dəstəkləyə də bilər, tənqid edə də bilər. Lakin hazırda ortada ciddi ittihamlar var və bunlar araşdırılmalıdır. Hesab edirəm ki, buna siyasi don geyindirməyə ehtiyac yoxdur. Hər kəsi səbirli olmağa və bu prosesləri axıra kimi izləməyə dəvət edirəm. Əminəm ki, məhkəmə bu proseslərə aydınlıq gətirəcək”.

Azər Həsrət:
“Mən təəccüblənirəm ki, bu həbs niyə
bu qədər gecikdi”

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət hesab edir ki, Leyla Yunusun həbsi gözlənilən idi: “Mən təəccüblənirəm ki, bu həbs niyə bu qədər gecikdi. Bilirsiniz ki, Leyla Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı dəfələrlə istintaqa çağırılsa da, getməyib. Hüquq müdafiəçiliyi ilə məşğul olan bir şəxs kimi onun borcu idi ki, istintaqa yardımçı olsun. Təəssüflər olsun ki, o, əvvəlcə ölkədən qaçmaq fikrinə düşdü, lakin saxlanıldı. Sonrakı mərhələdə də istintaqa dəvət olundu, lakin dəvətləri rədd edərək getmədi. Bütün bunlar müəyyən şübhələrə yol açırdı. Görünür, hüquq-mühafizə orqanlarında dəlil və sübutlar var ki, ondan şübhələniblər. Yəni onun saxlanılmasında ajiotaj yaradacaq, hay-küy salacaq bir şey yoxdur. Mən hüquq-mühafizə orqanlarımıza güvənirəm və inanıram ki, sonda düzgün qərar qəbul ediləcək”.

Umud Rəhimoğlu: “Dövlətə xəyanətlə
barışmaq olmaz”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu qeyd edib ki, Leyla Yunusa və həyat yoldaşına qarşı kifayət qədər ciddi ittihamlar var: “Bu məsələlərə aydınlıq gətirilməlidir. Bu cür məsələlərə tolerant yanaşmaq lazımdır. Ajiotaj yaratmaya ehtiyac yoxdur. Əminəm ki, hər hansı ciddi faktlar olmasa, bu həbslər baş verməzdi. Mən Vətəninin bir hissəsi işğal olunmuş şəxs kimi deyə bilərəm ki, dövlətə xəyanətlə barışmaq olmaz. Həmin məsələ araşdırılmalı, günahkar varsa, layiqli cəzasını almalıdır”.

Milli QHT Forumu: “...bəzi xarici
QHT-lərin tələsik bəyanatları suallar
doğurur”


Azərbaycan Milli QHT Forumu (MQF) Leyla Yunusun həbsi ilə bağlı bəyanat yayıb. MQF-nin bəyanatında qeyd olunub ki, bu gün Azərbaycanda müxtəlif sahələri əhatə edən minlərlə QHT azad şəkildə fəaliyyət göstərir: “Təəssüflər olsun ki, Azərbaycanın dünyada yüksələn beynəlxalq imicindən narahatlıq keçirən qüvvələrin alətinə çevrilənlər arasında ictimai sektorun nümayəndələri də var. İllərdir, saxta siyahılar tərtib edərək, beynəlxalq ictimaiyyətə hətta konkret terror aksiyalarında iştirakı faktlarla sübut olunmuş şəxsləri də “siyasi məhbus” kimi təqdim etməkdən çəkinməyən Leyla Yunusun hərəkətləri hər zaman Azərbaycanın çoxsaylı vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən birmənalı şəkildə pislənilib. Daim Azərbaycanın milli dövlətçiliyini sarsıtmağa və onun inkişafına mane olmağa çalışan qüvvələrin sırasında yer alan “hüquq müdafiəçisi” tərəfkeşliyi, qanunlara sayğısızlığı və qeyri-şəffaf fəaliyyəti ilə seçilib”. Bəyanatda vurğulanıb ki, Qarabağda qətlə yetirilən, ev-eşiyindən didərgin salınan yüz minlərlə azərbaycanlının hüquqlarının müdafiəsi üçün indiyədək etiraz bildirməyən bəzi xarici QHT-lərin tələsik bəyanatlar verərək, Leyla Yunusun müdafiəsinə qalxması ölkənin ictimai təşkilatlarının ən böyük koalisiyası olaraq MQF-də suallar doğurur.
Bəyanatda xatırladılıb ki, son aylar ərzində hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq, Leyla və Arif Yunusovlar çağırışdan müxtəlif bəhanələrlə yayınıblar: «Azərbaycanda az qala hər kəsi qanunları pozmaqda günahlandıran Leyla Yunus nədənsə hamının qanun qarşısında bərabər olması prinsipini unudur. MQF olaraq Leyla Yunus haqqında qaldırılan cinayət işinin istintaqını ciddi müşahidə etdiyimizi bildirərək, Azərbaycanın hüquq-mühafizə orqanlarının bu prosesi tamamilə qanunvericiliyin tələblərinə uyğun şəkildə aparacağına və həqiqəti tamlıqla ortaya çıxaracağına əminliyimizi bildiririk”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info