“Rusiya və Qərb hərbi toqquşmalara yaxındır”
Tarix: 01.08.2014 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Avropalı ekspertlər Ukraynadakı münaqişənin gözlənilməz kəskinləşməsini qorxu ilə müşahidə etməkdədirlər. Rusiyalı və qərbli hərbçilər əməkdaşlığın gücləndirilməsi və informasiya mübadiləsini artırmağa çağırış edirlər. Avropanın bir neçə görkəmli mütəxəssisləri Ukraynadakı böhran işığında Rusiya və Qərb arasında gözlənilən qarşıdurmalarla bağlı xəbərdarlıq təbili çalmaqdadırlar. Bu barədə ötən gün Londonda Avropa Birliyi liderlərinin xüsusi işçi qrupu bəyanatla çıxış edib.
Sənəddə qeyd edilir ki, münaqişəyə yaxın bir neçə halların başvermə ehtimalını azaltmaq zəruridir. "Qara dəniz regionunda və Slavyanskda böhranın gözlənilməz dərəcədə gərginləşməsi nəzarətin itirilməsi təhlükəsini göstərir. Bunun qarşısını almaq üçün bütün tərəflərin siyasi liderləri hərbi komandanı bütün səviyyələrdə saxlamaq siyasətinə uyğun aydın təlimat verilməlidir». Bu barədə "Ukraynada hadisələr kontekstində Avropadakı böhranın idarə mexanizmləri" adlı şərhdə deyilir.
Şərhi imzayanlar arasında Almaniyanın keçmiş müdafiə naziri Volker Ruhe ilə yanaşı, Böyük Britaniya, Fransa, Polşa və Türkiyənin keçmiş xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri yer alıblar. Rusiya tərəfdən sənədi sabiq xarici işlər naziri İqor İvanov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov imzalayb. Bütün siyasətçilər Rusiya və Qərbin hərbi komandirlərini birgə əməkdaşlığı gücləndirmək və münaqişəli vəziyyətlərin qarşısını almaq üçün informasiya mübadiləsinin yaxşılaşdırılmasına çağırıblar.
Şərhdə ayrıca olaraq, Şərqi Ukraynadakı böhranın bütün Avropa təhlükəsizliyinə təhdid olduğu xüsusi olaraq qeyd edilib. Bundan əlavə, Gürcüstan, Dnestryanı və Dağlıq Qarabağda silahlı qarşıdurmaların yüksək risk həddinə çatdığı da bildirilir: «Heç kəs bu münaqişələrin yenidən bərpa olunmasında maraqlı deyil. Belə ki, NATO, onun üzvləri, AB və Rusiya bu münaqişələrə münasibətdə yalnız maksimum təmkin nümayiş etdirməli, öz nüfuzlarından istifadə etmədikləri təqdirdə, bu, Rusiya ilə Qərb arasında münaqişə və ya gərginliyin ani genişlənməsinə səbəb ola bilər».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Burak Candaş: “Qarabağ dərhal Azərbaycana qaytarılmalıdır“
18.02.2019
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Azərbaycana gələcək
18.02.2019
Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info