“Leyla Yunusun həbsinin siyasiləşdirilməsi yolveriməzdir”
Tarix: 01.08.2014 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Vətənə xəyanəti ciddi faktlarla təsdiqlənən qondarma hüquq müdafiəçisi Leyla Yunusun həbsinə münasibət bildirib. Hüquq müdafiəçisi Leyla Yunusun həbsinin siyasiləşdirilməsinə etiraz edib:
“Leyla Yunusla bağlı məsələ xeyli müddətdir ki, davam edirdi. Əgər onun saxlanılması siyasi sifariş olsaydı, elə o vaxt da həbs olunardı”. Ç.Qənizadə qeyd edib ki, L.Yunus həbs olunana qədər dəfələrlə istintaqa dəvət olunub, buna baxmayaraq o, müəyyən bəhanələrlə ifadə verməkdən yayınıb və müxtəlif variantlarla tələblər ortaya atıb: “Qanun hüquq müdafiəçisi, dövlət məmuru, ümumən hamı üçündür. Buna görə də hüquq-mühafizə orqanlarının çağırışlarına da vaxtında getmək lazımdır. Onun məcburi qaydada gətirilməsi və barəsində 3 aylıq həbs qəti imkan tədbirinin seçilməsi onu göstərir ki, hüquq mühafizə orqanlarının əlində kifayət qədər tutarlı faktlar və dəlilər var. Bu, belə olmasaydı bu ittihamlar ortaya atılmazdı”. Ç.Qənizadə deyib ki, dövlətə xəyanət maddəsi ilə ittiham olunan Leyla Yunusun işinin müəyyən detallarını ictimaiyyətə açıqlamaq olmaz: “Bu məsələ gizli saxlanılmalıdır. Yəni, müəyyən məsələlərin açıqlanması yolverilməzdir və gizli saxlanılır. Bu, həm dövlət maraqlarından, həm də digər iştirakçıların saxlanılması məqsədi ilə edilir. Bu baxımdan da onun həbsini siyasi adlandırmaq, məsələni siyasiləşdirmək yolveriməzdir”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info