“Leyla Yunusla bağlı araşdırmanın bir ucu onu müdafiə edən partiya rəhbərlərinə də gedib çıxa bilər”
Tarix: 01.08.2014 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


“İstintaq hərəkətlərinin həyata keçirilməsi üçün Leyla Yunus barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçilməsini Cinayət-Prosesual Məcəlləsinin tələblərinə uyğun bir prosedur kimi qəbul etmək lazımdır”. Bunu “Trend”ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
O, qeyd edib ki, L.Yunusun Azərbaycanın milli maraqlarına zidd fəaliyyət sərgilədiyi hər zaman açıq-aşkar görünürdü və bunu Azərbaycanda bilməyən yoxdur: "Azərbaycanın maraqlarına zidd mövqe sərgiləməkdə şübhələr doğuran fəaliyyət sahibləri qanun qarşısında cavabdehlik daşımalıdır. Əgər belədirsə, qanun müdafiəçiləri bunu sübut etməlidir, əgər belə deyilsə, günahlandırılan şəxslər faktları varsa, ortaya qoyub öz günahsızlıqlarını sübut etməlidirlər. Ona görə də mən Leyla Yunusun həbs edilməsinə normal bir hadisə kimi baxıram". Vitse-spiker əlavə edib ki, bundan bir sensasiya düzəltmək istəyənlər isə bu məsələdən öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar: "Bu gün lazımsız olaraq Leyla Yunusun müdafiəsinə qalxan siyasi partiya rəhbərlərinin və vaxtilə onunla bir komandada olan şəxslərin narahatlıqlarını başa düşürəm. Görünür, onlar düşünürlər ki, bu araşdırmaların bir ucu da gedib onlara çıxa bilər. Onların narahatlığı bununla əlaqədardır".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info