Jurnalist olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib
Tarix: 01.08.2014 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. İmtahandan əvvəl jurnalistika ixtisası üzrə Qabiliyyət İmtahanı Komissiyası üzvlərinin iclası olub. İclasda Qabiliyyət İmtahanı Komissiyasının sədri, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qabiliyyət imtahanında III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.
Qabiliyyət İmtahanı Komissiyasının sədri Jurnalistika fakültəsində aparılan monitorinqlərin nəticəsinə əsaslanaraq, bu fakültədə təhsil alanların əksəriyyətinin jurnalistika ixtisası üzrə təhsil almağa təsadüfən gəldiyini xatırladıb. Ə. Amaşov qeyd edib ki, həmin tələbələr təhsillərini başa vurduqdan sonra jurnalistlik fəaliyyəti ilə məşğul olmağa yox, digər sahələrdə çalışmağa maraq göstərirdilər. Bu da mətbuat sahəsi üçün yeni, bacarıqlı kadrların hazırlanmasında müəyyən çətinliklər yaradırdı. Bu gün qabiliyyət imtahanı verən və jurnalist olmaq istəyən abituriyentlər, əminəm ki, gələcəkdə bacarıqlı mütəxəssislər ola biləcəklər.
Qabiliyyət İmtahanı Komissiyasının üzvü Vüqar Rəhimzadə qabiliyyət imtahanının keçirilməsini jurnalistika sahəsində böyük uğurlardan biri kimi dəyərləndirib. O qeyd edib ki, jurnalistika xüsusi istedad tələb edən bir ixtisasdır. İnanıram ki, bu gün keçirilən qabiliyyət imtahanı jurnalistika ixtisası üzrə bacarıqlı gənclərin təhsil almalarına öz töhfəsini verəcək.
İmtahan Bakıda və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə- Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunub. Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazıblar. Abituriyentlər onlara verilən 2 saat 30 dəqiqə müddətində “Həyatda kimdən nümunə götürmək istərdin”, “Həyatında ən yadda qalan gün”, “Jurnalistin imici nə deməkdir və o necə formalaşır” mövzuları üzrə inşa yazıblar. Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” qiymətləndiriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info