Gənclər Azərbaycan Dili Gününü qeyd edir
Tarix: 01.08.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Azərbaycan əlifbası və Azərbaycan Dili Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi gənclərin iştirakı ilə elmi konfrans keçirib. Mətbuat xidmətindən verilən məlumata görə, konfransı giriş sözü ilə açan ofisin rəhbəri Tural Kərimov bildirib ki, 13 il öncə ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə, 2001-ci il avqustun 1-də ölkəmizdə kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi ilə bağlı hər il bu tarixi gün əlamətdar hadisə kimi qeyd edilir. Hamıya bəlli olan məşhur deyim var: "Bir milləti məhv edib tarix səhnəsindən silmək üçün onun dilini və əlifbasını əlindən almaq kifayət edər". Azərbaycan xalqının milli varlığının əsası olan ana dilimiz zaman-zaman əlifbamızın yaşadığı taleyi yaşayıb. Yadelli işğalçılar dilimizi məhv edib sıradan çıxarmaq, onu gah ərəbləşdirmək, gah farslaşdırmaq, gah da ruslaşdırmaq üçün dəridən-qabıqdan çıxıblar. Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol tapması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Konfransda çıxış edən gənclər totalitar sovet rejiminin sərt qadağalarına baxmayaraq ümummilli liderimizin ana dilimizin keşiyində alınmaz qala kimi durmasını tarixi faktlarla göstəriblər. Qeyd olunub ki, 1978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, ulu öndər Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilib.
Tədbirdə ana dilimizin və əlifbamızın qorunması istiqamətində müzakirələr aparılıb, gənclərin təklifləri səsləndirilib.

Günəş




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Zaqatalada 1250 arıçıya subsidiya veriləcək
18.07.2019
Qubada gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” təlim proqramı keçirilib
17.07.2019
Zaqatala və Balakəndə yeni yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib
17.07.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Lerikdə görüş keçirilib
17.07.2019
“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info