Ermənistan əhalisinin sayı azalmaqda davam edir
Tarix: 01.08.2014 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


2014-cü il iyulun 1-nə olan məlumata görə, Ermənistan əhalisinin sayı cari ilin əvvəli ilə müqayisədə 7,3 min nəfər azalıb. Bu barədə "Novosti-Armeniya" Ermənistan Milli Statistika Xidmətinə istinadən xəbər yayıb.
Bu il iyulun 1-nə olan məlumata görə, 2011-ci il əhalinin siyahıya alınması əsasında hazırlanmış cari hesabat üzrə ölkədə daimi yaşayanların sayı 3 009,8 min nəfər olub, onun 1 911,9 mini şəhərdə, 1 097,9 mini isə kənd yerlərində yaşayır.
Məlumata görə, ölkə əhalisinin azalması mənfi miqrasiya saldosunun əhalinin təbii artımı üzərində üstün olması ilə bağlıdır.
Cari ilin yanvar-iyun aylarında ölkənin nəzarət-buraxılış məntəqələri vasitəsilə xarici sərnişin dövriyyəsinin ümumi həcmi 2 242,3 min səfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 1 938,9 minə bərabər olub.
Bununla belə, hesabat dövründə (eyniləşdirmə aparmadan) ölkəyə girişlərin sayı 1 078 202 (ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artım), çıxışların sayı isə 1 164 071 (14,5 faiz artım) olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info