“Ria.ru” xəbər verir ki, Donetsk vilayətinin Şaxtyorsk qəsəbəsi yaxınlığında separatçılar Ukrayna ordusunun 30-dan artıq hərbi texnikasını məhv ediblər. “Donetsk Xalq Respublikası”nın rəsmi məlumatında deyilir ki, Şaxtyorsk ətrafındakı döyüşlərdə Ukrayna ordusunun hücumu dəf edilib və onlar geri otuzdurulublar. Separatçılar bir əsgərin isə əsir alındığını bildiriblər.
Qeyd edək ki, başqa bir məlumatda Ukrayna ordusunun bu qəsəbədə xeyli itki verdiyi deyilir.
UNİAN agentliyinin verdiyi məlumata görə, Donetsk vilayətinin Şaxtyorsk qəsəbəsi ərazisində terrorçuların “Qrad” qurğularından açdığı ardıcıl atəşlər nəticəsində 21 Ukrayna əsgəri həlak olub.
Atəş nəticəsində həmçinin xeyli sayda yaralananların olduğu bildirilir. Hazırda onları helikopterlərlə Dnepropetrovsk şəhərinə aparırlar.
Xatırladaq ki, Ukrayna ordusu və Milli Qvardiyasının son həftələr keçirdiyi əməliyyatlar nəticəsində separatçı-terrorçu qruplaşmalar Donbass regionu ərazisinin böyük hissəsindən sıxışdırılıblar.
Tural
|