Beynəlxalq Əmək Təşkilatı Azərbaycanı uğurlu ölkələr sırasına daxil edib
Tarix: 01.08.2014 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azərbaycanda gənclərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi istiqamətində aparılan fəal siyasət və əldə olunan uğurlu təcrübə beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunun növbəti ifadəsi kimi, Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində (https://www.ilo.org/dyn/youthpol/en/f?p=30850:1001:0::NO:::) Azərbaycan gənclərin səmərəli məşğulluğunun təminatı məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib. Bununla əlaqədar, BƏT-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktubda bildirilir ki, gənclərin məşğulluğunun təminatı BƏT-in fəaliyyətinin əsas tezislərindən biridir və üzv ölkələrdə bu sahədə aparılan siyasət və həyata keçirilən proqramlar təşkilat tərəfindən diqqətlə izlənilərək qiymətləndirilir. Azərbaycanın gənclərin əmək bazarında layiqli yer tutmaları, onların məşğulluğu sahəsində malik olduğu səmərəli siyasət, dolğun hüquqi baza, uğurlu iş təcrübəsi BƏT-də müsbət dəyərləndirilərək, təşkilatın saytında təqdim olunan beynəlxalq məlumatlar bazasında yerləşdirilib. Məlumatlar bazası gənclərin məşğulluğunun dəstəklənməsi istiqamətində qabaqcıl ölkələrin müasir çağırışları əks etdirən uğurlu siyasət və təcrübələrinin ümumən dünyada yayılması və ayrı-ayrı ölkələrə gənclər arasında işsizliyin aradan qaldırılmasında bu təcrübələrdən istifadə imkanlarının yaradılmasıdır. Xatırladaq ki, son illərdə Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına da daxil edilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info