Azərbaycan Prezidenti yanında Bilik Fondu fəaliyyətə başlayıb
Tarix: 01.08.2014 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq fəaliyyətə başlayıb.
Fondun mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi məlumata görə, qurumun idarəçilik strukturu tam müəyyənləşib, icraçı direktor tərəfindən əməkdaşları təyin edilib.
Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının üzvü, Azərbaycanın Millətlərarası, Multikultiralizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev fondun əməkdaşları ilə iki dəfə geniş tərkibli görüş keçirib. Görüşdə Bilik Fondunun məqsəd və məramı, fəaliyyət istiqaməti, əməkdaşların vəzifələri, ilin sonuna qədər həyata keçirəcəyi layihələr ətraflı şəkildə müzakirə edilərək, konkret tapşırıqlar verilib.
Bilik Fondunun əsas məqsədi əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Bunun üçün təbliğat xarakterli tədbirlər həyata keçiriləcək, qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırılacaq, azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi və dini dəyərləri təbliğ olunacaq, şəxsin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə tədbirlər həyata keçiriləcək, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstəriləcək, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi təbliğ olunacaq, Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil ediləcək, ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparılacaq, beynəlxalq, regional və ölkədaxili proseslər öyrənilərək ictimaiyyətə çatdırılacaq,
Xatırladaq ki, Bilik Fondu Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü il mayın 7-də imzaladığı fərmana əsasən yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri, Oqtay Səmədov isə fondun icraçı direktoru təyin olunub.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, Kamal Abdullayev, Urxan Ələkbərov, Əhliman Əmiraslanov, Sabir Həsənli, Azərpaşa Nemətov, Sahibə Qafarova və Mübariz Qurbanlı fondun Himayəçilik Şurasının üzvləri təyin ediliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info