R.Qonaqov: “Leyla Yunus şoularla özünün “siyasi məhbus“ kimi həbs olunması ssenarisini planlaşdırıb”
Tarix: 01.08.2014 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və mərkəzin rəhbəri Rufiz Qonaqov Leyla Yunusun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) hüquq müdafiəçisi adı ilə özünü və təmsil etdiyi qurumu kamuflyaj edən Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus ilə birlikdə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələrinə, Ermənistana səfərlər təşkil etməklərinə və qrant vəsaitləri alaraq müxtəlif birgə layihələr keçirməklərinə dair Azərbaycan vətəndaş cəmiyyəti institutu kimi öz qəti etirazını bildirir: “Sülh və Demokratiya İnstitutu”nun təsisçisi və sədri Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320.1-ci və 320.2-ci, maddələri üzrə təqsirləndirilib. Yunusova Leyla Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu “Sülh və Demokratiya İnstitutu” adlı qurum vasitəsi və bir neçə erməni ilə birlikdə Ermənistanın bir sıra qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” adlı birgə layihələr həyata keçirib. Bu layihə adları altında Leyla Yunus beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına köçürüb. Təhlükəsizlik orqanlarının da qeyd etdiyi kimi, bu pulları isə xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün istifadə edib”. Bildirilir ki, Leyla Yunus müxtəlif vaxtlarda yaratdığı şoularla Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələri ölkəmizə qarşı yönəltmək, dövlətimizin imicinə xələl gətirmək məqsədi daşıyıb: “Bu, həm də uzun müddətdir hakimiyyətə qərəzli mövqedə dayanan insanların pis niyyətlərindən xəbər verir. Bir çox dağıdıcı müxalif dairələri də onu dəstəkləyərək, yaratdığı şoulara bəraət qazandırmaqla diqqət mərkəzinə çevrilməyə çalışıb. Dəfələrlə bəyan etmişik ki, Azərbaycanda fəaliyyətləri ilə cinayətlərə yol vermiş insanlar mövcuddur. Leyla Yunus kimiləri isə onları siyasi məhbus kimi dəyərləndirməklə, beynəlxalq ictimaiyyəti Azərbaycanın üzərinə qaldırmaq niyyətində olublar. Belə şoular yaratmaqla Leyla Yunus özünün "siyasi məhbus" kimi həbs olunması ssenarisini planlaşdırıb. Azərbaycan Konstitusiyasını, qanunları pozan, ölkəmizin milli maraqlarına zidd hərəkət edən hər bir kəs qanun qarşısında cəzasını almalıdır.
Təəssüflər olsun ki, sapı özümüzdən olan baltalar, xaricdəki dəstəkçilərinin köməkliyi ilə ölkənin ictimai-siyasi həyatında aktiv pozisiyaya sahib olub, insan hüquqları, hüquq müdafiəçisi, demokratiya və bu kimi ülvi idealların kamuflyajı ilə Vətənə də, xalqa da xəyanət edirlər. Hər bir sivil ölkədə, əlbəttə ki, müxalifət var. Lakin sivil ölkələrdə o da var ki, müxalifətçilik hökumətə qarşı olur və bu da normaldır. Heç bir sivil ölkədə dövlətə müxalifətçilik sivil qəbul edilmir və xalqın təhlükəsizliyinə zərər gətirən hər bir şəxs Vətən xaini sayılır. Təhlükəsizlik və hüquq-mühafizə orqanlarının Leyla Yunusla bağlı bu ittihamları kifayət qədər ciddidir və araşdırılıb bu işdə əli olan hər kəs ədalət məhkəməsinə cəlb edilməlidir”. Həmçinin bildirilir ki, bu cür insanların ciddi məsuliyyətə cəlb edilməsi və ölkə məhkəmə qarşısında cavab verməsi ilə yanaşı, Vətənə, dövlətə qarşı apardığı işin cəzasını alması bu cür fəaliyyət göstərən və göstərmək niyyətində olan başqa şəxslərə də dərs olmalıdır. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi milli və siyasi təhlükəsizliyimizə qarşı yönələn bu cür halların aradan qaldırılmasının ölkəmiz üçün həyati əhəmiyyət daşıdığını bildirir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib
25.06.2019
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info