“Baku Guide“ bələdçi kataloqunun növbəti sayı çıxdı
Tarix: 01.08.2014 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun növbəti sayı (iyul-avqust) çapdan çıxıb. "Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan nəşrin bu sayı da ölkəmizə təşrif buyuran turistlər, paytaxtımızın qonaqları və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinləri üçün maraq kəsb edəcək ən müxtəlif informasiyalar, tematik yazılar və məlumatlarla zəngindir.
Nəfis tərtibatı, orijinal dizaynı ilə seçilən və üç dildə (Azərbaycan, ingilis, rus) materialların dərc olunduğu bələdçi kataloqunda Bakının küçə və meydanları, şəhərdə və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, eləcə də hotel, restoran, ticarət və əyləncə məkanları ilə bağlı məlumatlar, ünvan və telefonlar yer alıb. Nəşrdə Nizami Kino Mərkəzinin, "Park Cinema"nın avqust ayı üzrə afişası, nümayiş olunacaq filmlər haqqında informasiyalar, eyni zamanda turistlər və şəhərimizin qonaqları üçün zəruri bilgilər, avtomobil kirayəsi, fövqəladə hallarda yardımla bağlı çağrı mərkəzlərinin əlaqə nömrələri və s. əksini tapıb.
Kataloqun bu sayında da maraqlı tematik yazılar, ənənəvi rubrikalar üzrə materiallar var. "Tanınmış insanların Bakı haqqında təəssüratları" bölməsində dünya şöhrətli həmyerlimiz, dahi müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığına nəzər salınıb. 2 avqust - Azərbaycan Kinosu Günü ilə bağlı məqalədə neft Bakısında yeni incəsənət növünün - kinematoqrafiyanın təşəkkül tapması lakonik bir dillə təqdim olunur. Nəşrdə Azərbaycan xalça sənəti, çay mədəniyyəti haqqında yığcam yazılar, "Bakıdan xatirə" - milli suvenirlərimiz barədə turistlər üçün məlumat, habelə ölkəmizə gələn qonaqları maraqlandıra biləcək suallara cavablarla tanış olmaq mümkündür. "Bakını "City sightseeng"lə kəşf edin" (şəhər turları), aviakassalar, turizm agentləri və s. bölmələr də paytaxtımızın qonaqları üçün dəyərli informasiya mənbəyidir.

Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info