“Son illərdə Azərbaycan çox dəyişib, paytaxtınız, həmçinin Qəbələ daha da müasirləşib”
Tarix: 02.08.2014 | Saat: 01:58:00 | E-mail | Çapa göndər


“Dünyada böyük əks-səda doğuran belə bənzərsiz festivalla hər ölkə fəxr edə bilər”
“Dünyada böyük əks-səda doğuran belə bənzərsiz festivalla hər ölkə fəxr edə bilər”.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, İsrail nəfəs alətləri kvintetinin üzvü Barak Yelvin deyib.
Festivalın Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təşkil olunduğunu vurğulayan B.Yelvin onun rəhbərliyi altında İsrail nəfəs alətləri kvintetinin Avropa və Rusiya bəstəkarlarının əsərlərindən parçalar səsləndirdiyini diqqətə çatdırıb. İstedadlı musiqiçi, festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Festivala dəvət edilərkən xoş hisslər keçirdiyini və bu möhtəşəm tədbirə həvəslə qatıldığını bildirən musiqiçi deyib: “Bu festivalda iştirakım Azərbaycan musiqisinin incilərini daha yaxından tanımaq baxımından çox vacibdir. Ümumiyyətlə, son illərdə Azərbaycan çox dəyişib, paytaxtınız, həmçinin Qəbələ gözəlləşib və daha da müasirləşib. Azərbaycan durmadan inkişaf edir. Buranın təbiəti, insanları çox xoşuma gəlir. Gələn il də bu festivalda böyük məmnuniyyətlə iştirak edəcəyəm. Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ifamızı dinləyən yerli və xarici tamaşaçıların musiqi duyumundan da çox razıyam”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info