Cəlilabadda şəhid Əhməd Abdullayevə həsr olunmuş sənədli film təqdim edilib
Tarix: 02.08.2014 | Saat: 02:00:00 | E-mail | Çapa göndər


Dünən Cəlilabad Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan ordusunun zabiti, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş mayor Əhməd Abdullayevin həyat yolundan bəhs edən sənədli filmin təqdimatı olub. Mərasimdə şəhidin doğmaları ilə yanaşı, Mətbuat Şurasının rəhbərliyi, yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov Azərbaycan torpaqları uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə Prezidentə və filimin yaradıcı kollektivinə rayon sakinləri adından minnətdarlığını bildirib. Daha sonra sənədli film nümayişi olunub.
Film Əhməd Abdullayevin uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Ekran əsərində şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırılıb.
Ekran əsərinin nümayişindən sonra şəhid Əhməd Abdullayevin atası Hüseynağa Abdullayev filmin yaradıcı kollektivinə təşəkkür edib. Filmin qəhrəmanı Əhməd Abdullayev 1976-cı il iyulun 30-da Cəlilabadda ziyalı ailəsində dünyaya gəlib. Əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseydə, sonralar İstanbuldakı hərbi məktəbdə və Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib. Dünyanın bir çox ölkələrində keçirilən hərbi təlimlərdə iştirak edən Ə.Abdullayev 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib. Azərbaycan ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında şücaət göstərdiyinə görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info