Sağlam ailə sağlam gələcəyin təminatıdır
Tarix: 02.08.2014 | Saat: 02:01:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması məqsədilə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda genişmiqyaslı maarifləndirmə layihəsini reallaşdırır.
Layihə çərçivəsində dünən Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin şəxsi heyətinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova milli-mənəvi dəyərlərin qorunub saxlanmasından, ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətdən, ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs edib. Natiq bu tip tədbirlərin əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin təbliği olduğunu vurğuladı. Tədbirdə ailənin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin rolu, nəsillər arasında münasibətlərin qorunması və ötürülməsi, nikah müqaviləsinin zəruriliyi, gənclərin psixoloji durumuna təsir edən amillər və s. mövzulara toxunuldu, müzakirələr aparılıb. Dialoq şəklində davam edən tədbirdə zabit və əsgərlərin fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırılıb. Sonda komitə tərəfindən hərbi hissəyə fotoaparat və maarifləndirici çap materialları hədiyyə edilib.








 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info