Mətbuat Şurası: “İndiki vaxtda daha çox rəsmi dövlət orqanlarının məlumatlarına istinad olunmalıdır”
Tarix: 04.08.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası KİV-ləri cəbhə bölgəsindəki vəziyyətlə bağlı informasiya yayarkən diqqətli olmağa cağırıb.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı mediamızda çoxsaylı informasiyalar yer almaqdadır. Fikir, söz və ifadə azadlıqları şəraitində məsələyə xüsusi diqqət göstərilməsi anlaşılandır. Torpaqlarının 20 faizini itirmiş, 1 milyondan artıq vətəndaşının qaçqın həyatı yaşadığı ölkənin kütləvi informasiya vasitələrinin həssas mövzuya üz tutması da qəbul ediləndir. Təəssüflə bildirməliyik ki, cəbhə xətti ilə əlaqədar xəbərlər yayan bir çox internet media resurslarının tutduqları dəst-xətt onların həssas mövzuya peşəkar münasibət meylini deyil, cəmiyyətdə çaşqınlıq, ruh düşgünlüyü yaratmaq istəklərini aşkar şəkildə göstərməkdədir. Mətbuat Şurasının monitorinqinin nəticələri də bunu təsdiqləyir.
Mətbuat Şurası müəyyənləşdirib ki, cəbhədə gərginliyin artdığı gündən başlayaraq mövzuya dair məlumat yayan internet media resurslarının sayında dinamizm yaranıb. Söz azadlığı şəraitində cəmiyyətə informasiya yaymağa məsul media vasitələrinin sayının çoxalması müsbət hal sayılsa da, qeyd etdiyimiz kəmiyyət artımının keyfiyyətlə uzlaşmadığı konkret nəticələrdə əksini tapmaqdadır. Şura cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınmasının vacibliyini rəhbər tutur. Buna görə də həmin nəticələri müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara təqdim edəcək. Qurum nəzərə alır ki, sırf cəbhə ilə əlaqədar məlumatlara kökləndiyi aşkar görünən, fəaliyyəti yalnız mövcud müstəvidə nəzərə çarpan internet media resurslarının qeyri-peşəkarlığı vətəndaşlar içərisində qəsdən yanlış təəssürat yaratmaq niyyətinə də söykənə bilər. Bu isə yolverilməzdir. Qloballaşma şəraitində istənilən müharibədəki qələbənin informasiya müstəvisində qazanıldığı reallığını nəzərə alsaq, ictimai rəyi formalaşdırmaq missiyasını üzərinə götürmüş Azərbaycan jurnalistikasının bu müharibədən qalib çıxması üçün media adına iddialı olan kənar, xoşagəlməz təsirlərdən uzaqlaşılmalıdır.
Mətbuat Şurası hazırkı şəraitdə tanınan, ictimai rəyə real təsirə malik KİV-lərə xüsusilə həssas olmağı tövsiyə edir. Qurum hesab edir ki, indiki vaxtda cəmiyyətin obyektiv və operativ informasiyalara ehtiyacı daha böyükdür. Bu ehtiyacın ödənilməsi üçün hər bir jurnalistin işinə məsuliyyətlə və vicdanla yanaşması şərtdir. Daha çox rəsmi dövlət orqanlarımıza istinad olunmalı, əldə edilən digər informasiyalar onlarla dəqiqləşdirilməlidir.
Siyasi partiyalara yaxınlığından, tutduğu mövqeyindən və baxışından asılı olmayaraq, hər bir KİV-in dövlətçiliyə sədaqət, milli mənafe prinsipiallığı ruhunda fəaliyyət göstərməsi müstəsna önəm daşımaqdadır. Mətbuat Şurası tarixin müxtəlif dövrlərində aktual olan bu məqama, həmçinin böyük ənənələrə malik Azərbaycan jurnalistikasının mühüm tarixi proseslərdəki səfərbəredici funksiyasına söykənir. Şura inanır ki, həqiqi qələm sahibləri cəbhədəki vəziyyətlə əlaqədar materialların təqdimatında qüdrətli ordu qürurumuzun formalaşdırılmasını başlıca vəzifə kimi müəyyənləşdirəcək, hadisə və proseslərin doğuracağı effekti peşəkar şəkildə dəyərləndirəcək, praktik müstəvidə meydana çıxması mümkün olan məqamlara dair düzgün qərarlar verəcəklər. Qurum Azərbaycanın KİV təmsilçilərinin üzərilərinə düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyinə, Vətənə və dövlətçiliyə əməli xidmət baxımından örnək səciyyə daşıyan nümunələr ortaya qoyacaqlarına əmindir
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info