“Ermənistana qarşı sanksiya tətbiq olunmasını tələb edirik”
Tarix: 04.08.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi Mətbuat və İnformasiya Xidməti Ermənistanın son zamanlar fasiləsiz olaraq atəşkəsi pozması və aqressiv davranışları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Məlum olduğu kimi, işğalçı Ermənistanın silahlı qüvvələri son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın edib, kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çoxlu sayda insan tələfatına səbəb olub. Yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi İrəvanın və ona bu azğınlığı etməyə imkan verən beynəlxalq qüvvələrin, 20 ildən artıq işğala və beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasına göz yuman BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq və regional qurumların, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, RF və Fransa kimi böyük dövlətlərin üzərinə düşür. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid sülh planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edərək, gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar. Ancaq nədənsə 22 ildir təsis edilən bu qurumun həmsədrlərinin regiona səfərləri tamamilə səmərəsiz və boş bəyanatlar verməkdən ibarət olmuşdur. Həmsədrlər verdikləri bəyanatda bildirirlər ki, “zorakılığın davam etdirilməsi davamlı sülhün əldə olunmasını çətinləşdirəcək”. Lakin heç bir qəti nəticəyə nail olmayan bu həmsədrlər unudurlar ki, sülh prosesinə ən böyük təhlükə elə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması və beynəlxalq birliyinin bununla bağlı qəti addımlar atmamasıdır. Buna görə də, ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir, həmsədr ölkələrdə bu məsələdə işğalçı dövlətə təzyiqlər emtəlidirlər. ABŞ Dövlət Departamentinin rəsmisi Marie Harf-ın yaydığı bəyanatda isə tərəflər təcili olaraq gərginliyi azaltmağa və atəşkəsə riayət etməyə çağırılıblar. Azərbaycanla bağlı hər zaman qərəzli mövqe sərgiləyən ABŞ Dövlət Departament müharibə alovları qızışan bir anda bildirir ki, “münaqişənin hərbi yolla həlli mümkünsüzdür, qisasçılıq və zorakılıq münaqişənin dinc yolla həllini yalnız çətinləşdirir”. Lakin bu çoxstandartlı münasibət göstərən Dövlət Departamentinə xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hər zaman vurğuladığı kimi torpaqlarımızı hərb yolu ilə azad etmək hüququnu biz hər zaman özümüzdə saxlayırıq, bu bizim suveren hüququmuzdur. Əgər ABŞ Dövlət Departamenti burada “qisasçılıq” deyərkən, Azərbaycan Ordusunun bitməmiş müharibə zəminində öz torpaqlarını azad etmək və mövqelərimizə xəbis diversiya əməliyyatları cəhdi edən düşmənə sərt cavab verməyi nəzərdə tutursa, o zaman Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq bildiririk: Hər zaman Azərbaycan dövlətini insan hüquqları və demokratiya məsələsində qaralamağa çalışan ABŞ Dövlət Departamentinə xatırladırıq ki, 1 milyondan artıq azərbaycanlının mülkiyyət hüququ 20 ildən çoxdur ki Ermənistan dövləti tərəfindən pozulmaqda davam edir. Həlak olmuş minlərlə vətəndaşımız, iqtisadiyyat, sənaye, ekologiya, təbiət və mədəniyyətimizə dəyən milyardlarla manat zərərin cavabdehi də işğalçı dövlətlə yanaşı vəziyyət kritikləşən kimi Ermənistanı deyil, Azərbaycan Respublikasını sülhə çağırmaqda təkid edən ABŞ Dövlət Departamenti və onun kimi ədalətsiz mövqeyə sahib olan qurumlardır. Biz bir daha beynəlxalq qurum və qüvvələrdən 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info