S&P: “Azərbaycanda qaz hasilatının artması uzunmüddətli iqtisadi artımı təmin edəcək”
Tarix: 04.08.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Azərbaycanda iqtisadi artım uzunmüddətli perspektivdə qaz hasilatının çoxalması ilə dəstəklənəcək. Qaz hasilatı neft hasilatı sahəsində durğunluğu kompensasiya edəcək. Bu barədə "Standard & Poor`s" beynəlxalq reytinq agentliyinin reytinq qiymətləndirilməsinin təsdiq edilməsi üzrə hesabatında məlumat verilib.
Hesabatda deyilir ki, karbohidrogenlərin ixracı cari əməliyyatların hesab profisitini yenə də təmin edəcək: "2018-ci ildə xeyli həcmdə qaz hasilatına başlanacağına baxmayaraq, cari balansın göstəriciləri getdikcə azalacaq".
Agentliyin proqnozlarına əsasən, profisit 2013-cü ildə ÜDM-in 17 faizindən (qiymətləndirmə) 2016-cı ildə ÜDM-in 9 faizinədək getdikcə azalacaq: "Bununla belə, hesab edirik ki, Azərbaycan xarici netto-kreditor qismində güclü mövqeyini qoruyacaq. Proqnozlarımıza uyğun olaraq, yaxın 3 ildə Azərbaycanın xarici maliyyələşdirilməsinə (brutto) tələbat cari əməliyyat hesabları üstəgəl istifadə edilə bilən ehtiyatlar üzrə daxilolmaların ən azı 7 faizi səviyyəsində qalacaq. Qısa təmiz xarici aktivləri isə cari əməliyyatların hesabları üzrə daxilolmaların təqribən 100 faizi səviyyəsində olacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info