Əli Həsənov: “Ermənistan cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir”
Tarix: 04.08.2014 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 4-də Yaponiyanın “TV Tokio” telekanalına müsahibə verib. Müsahibədə Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. “Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları hesabına yaradılıb. Qədim Azərbaycan şəhərlərindən olan İrəvan hazırda Ermənistan dövlətinin paytaxtıdır”, - deyə Əli Həsənov bildirib. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb.
Komitə sədri vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunub: “Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib”.
Əli Həsənov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. Nəticədə 613 dinc sakin amansızlıqla öldürülüb. O qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.
Komitə sədri bildirib ki, Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək istəyir. Bir neçə dəfə erməni kəşfiyyat qrupları Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar edib. “Bunun səbəbi odur ki, hakimiyyət son 20 ildə ölkədə heç bir iş görməyib, artıq erməni xalqı ayağa qalxıb. Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir”, - deyə o vurğulayıb.
Yaponiya-Azərbaycan əlaqələrindən də danışan Baş nazirin müavini iki ölkə arasında yaxşı münasibətlərin olduğunu, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafında xüsusi rol oynadığını bildirib. Yaponiyanın bir sıra humanitar təşkilatlarının Azərbaycanda uğurlu layihələr həyata keçirdiyini deyən Əli Həsənov bu ölkənin “Fuji Optical” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, bu şirkət 19 minə yaxın görmə qabiliyyəti zəif olan azərbaycanlı məcburi köçkünü eynəklərlə təmin edib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
1 milyon nəfər video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib
20.06.2019
NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” oldu
20.06.2019
“ASAN xidmət”lə xarici ölkələrin qurumları arasında müqavilələr imzalanacaq
20.06.2019
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info