438 ukraynalı hərbçi Rusiyanın tərəfinə keçib
Tarix: 04.08.2014 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Dünən gecə saatlarında 438 Ukrayna hərbçisi Rusiya ərazisinə keçərək, yerli hakimiyyət orqanlarından sığınacaq istəyiblər. Bu barədə Rusiyanın “Layf Nyus” saytına Rostovun Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildiriblər. Məlumatda qeyd olunur ki, hətta Ukrayna Silahlı Qüvvələrinə məxsus olan əsgərlər öz silahlarını da yandırıblar. Rusiya FTX-nin Rostov vilayəti üzrə rəsmisi Vasili Malayev deyib: “Vilayətin sərhəd xidmətinin əməkdaşlarının qərarına əsasən, sözügedən əsgərlər üçün humanitar dəhliz açılıb, və sərhədi keçmək istəyən hərbçilər üçün şərait yaradılıb. Onun sözlərinə görə, müharibədən qaçan və Rusiya ərazisinə keçən hərbçilər arasında 164 ukraynalı sərhədçi də var. Yerdə qalanlar isə 72-ci briqadanın hərbçiləri olub. Onların arasında bir ağır yaralı hərbçi də olub: “Onlar Rusiya ərazisinə keçməmişdən əvvəl öz silahlarını məhv ediblər. 72 –ci briqadanın əsgərlərinin bir hissəsi isə Ukrayna ərazisində qalıb”. O da bildirilir ki, əsgərlərin kütləvi şəkildə belə addım atmalarına əsas səbəb onların döyüşmək istəməməsidir. Ukrayna ordusunun hərbçilərindən biri isə belə deyib: “Vətəndə biz böyük miqyaslı ölümlərin şahidi oluruq. Orada dəhşətli hadisələr baş verir. Bütün bu dəhşətlərdən sonra qərara gəldik ki, sərhədi keçək və müharibə istəmədiyimizi göstərək. Bizə burada qidalar verirlər və yeni geyimlərlə təmin etdilər. Rusiyaya çox təşəkkür edirik ki, bizi qəbul etdilər və bizimlə xoş rəftar olunur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info