Sumqayıtda “Fraktal sərgisi” keçirildi
Tarix: 04.08.2014 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə 3 avqust 2014-cü il tarixində Sumqayıt şəhərində “Fraktal sərgisi” adlı layihə çərçivəsində, yeniyetmə və gənclərin əl işlərindən ibarət müxtəlif riyazi formulları və şifrələri, ardıcıl məntiqi əlaqəni özlərində əks etdirən rəsm (cizgi) və fiqurların sərgisi keçirilib. Layihənin icraçısı Səxavət Eminov sərgini açıq elan edərək layihənin məqsədinin yeniyetmə və gənclərimizin düşünmə qabiliyyətinin, logikanın, diqqətin, yaddaşın, təxəyyülün inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili, özünü idarəetmə və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi olduğunu vurğuladı. O bildirdi ki, xüsusi istedada, bilik və bacarığa malik yeniyetmə və gənclərimiz daima dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub və buda onlara gələcək fəaliyyətlərini daha da səmərəli qurmağa imkan yaradır.
Daha sonra beyin təfəkkürünün, motorikanın, məntiqin inkişafına zəmin yaradacaq, özlərində gizli riyazi sirləri və məntiqi əlaqəni birləşdirən fraktal rəsmlər və fiqurlar sərgidə nümayiş olunub ki, bu da gənclərimiz tərəfindən böyük maraqla qarşılanıb. Rəsmlər ətrafında aparılan müzakirələr isə sərgini daha da maraqlı edib, yeniyetmə və gənclər arasında məhsuldar məntiqi fəaliyyətin önəmli olması sərgidə bir daha öz təsdiqini tapıb.
Sərgidə çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, şəhərin aparıcı media qurumlarının nümayəndələri, QAC-ın şəhər bölməsinin fəalları, tələbə gənclər təşkilatlarının rəhbərləri və ictimai-fəal gənclər belə tədbirlərin keçirilməsinin yeniyetmə və gənclərin bilik və bacarıqlarının artırılmasına, asudə vaxtın səmərəli təşkilinə, gənclərimizdə düşüncə məntiqinin, diqqətin və yaddaşın inkişaf etdirilməsində mühüm rol oynadığını vurğuladılar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info