AZAL Bakı-Nyu-York-Bakı birbaşa aviareysi üzrə biletlərin satışına başlayır
Tarix: 04.08.2014 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Bu il sentyabrın 24-dən Bakıdan Nyu-Yorka müntəzəm reyslərin yerinə yetirilməsi ilə əlaqədar avqustun 1-dən həmin istiqamətdə aviabiletlərin satışına başlanıb.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) daxil olan məlumata görə, Nyu-York şəhərinin Kennedi hava limanına reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Bakıdan uçuş yerli vaxtla saat 06:00-da, Nyu-Yorkda enmə isə yerli vaxtla saat 09:30-da nəzərdə tutulub.
Əks-istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11:30-da həyata keçiriləcək, Bakıda enmə isə növbəti gün saat 08:00-da baş tutacaq.
Reyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş “Airbus-A 340” tipli hava gəmilərində yerinə yetiriləcək.
AZAL həm birbaşa Nyu-York reyslərinin sərnişinləri, həm də Bakıdan transfer məntəqəsi kimi istifadə edərək uçuşu davam edən sərnişinlər üçün eyni dərəcədə rahat uçuş cədvəli yaratmağa çalışıb. Tiflis, Aktau, Tehran, Bişkek istiqamətlərində səyahətçilər üçün bu reyslər maksimal rahat olacaq. Qeyd edilən bütün istiqamətlərdə rahat ikitərəfli calanma təmin edilib.
Bakıda sərnişinlərə bir müddət əvvəl açılan yeni aerovağzal terminalında xidmət göstəriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?
10.12.2018
Pərviz Şahbazov: “Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür”
10.12.2018
İnam Kərimov: “Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info