Azərbaycanda əmanətçilərin 90 faizindən çoxunun depoziti sığortalanıb
Tarix: 04.08.2014 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


2014-cü ilin II rübündə fiziki şəxslərin cəmi əmanətləri (6 335 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil edib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) saytında yer alan məlumata görə, II rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (6,3 mlrd. manat) 45,2%-ni (2,87 mlrd. manat) qorunmayan əmanətlər, 54,8%-ni (3,47 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib.
Kompensasiya olunan əmanətlər 1 931 mln. manat olub ki, bu da qorunan əmanətlərin 55,0%-ni təşkil edir. Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i avronun payına düşür.
Üzv banklar tərəfindən 6 073 126 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 504 255 nəfəri (91%) qorunan əmanətçidir.
Hazırda Fondun sığorta ehtiyatları 84,3 mln. manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 69,53 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,34 % təşkil edib. Fondun 5,0 mln. avro vəsaiti isə "Deutsche Asset & Wealth Management International" şirkəti vasitəsi ilə idarə olunur.
Fondun iştirakçısı olan bankların sayı 42-dir.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 19 may 2014-cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir.
Sığorta hadisəsi baş verərsə, qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info