Dahi Maestro yad edildi...
Tarix: 04.08.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C. Nehru adına Beynəlxalq Mükafat laureatı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun vəfatının 30-cu il dönümü qeyd olundu. Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində anım mərasimi keçirildi.
Muzey əməkdaşları Fəxri Xiyabanda Niyazinin məzarını ziyarət edib, tər çiçəklər qoyub, xatirəsini yad ediblər. Həmin gün muzeydə “Açıq qapı” günü elan olundu. Muzeydə bütün günü maestronun musiqisi səslənmiş və Niyazinin xatirəsini yad etməyə gələn ziyarətçilər üçün muzey fondundan olan sənədli filmlər və konsert nömrələri nümayiş etdirildi. Tədbir Niyazinin ruhunu yad etmək üçün çay süfrəsi arxasında davam etdi.

Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info