Parisdə terror qurbanlarına dair dinləmələr keçiriləcək
Tarix: 04.08.2014 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


3-11 avqust 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsinə uyğun olaraq “Terrorizmin Qurbanları Fransa Assosiasiyası”nın təşkilatçılığı ilə Parisdə “Papillon” layihəsinin icrası üzrə bir sıra tədbirlər keçiriləcək.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi ekstremizm və etnik separatçılığa dair sülhün təbliği, terrorizm qurbanları üçün uzunmüddətli psixoloji yardım proqramının hazırlanmasıdır. Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən 15-23 yaş arası 20 terrora məruz qalmış şəxs seçilərək hər biri 10 nəfərdən ibarət olmaqla 2 qrup yaradılacaq və onların düşüncələrindən ibarət məqalələr nəşr olunacaq. Daha sonra terrora məruz qalmış həmin şəxslərin, müxtəlif ekspertlərin, dövlət qurumlarının və UNESKO-nun da iştirakı ilə dinləmələr keçiriləcək. Layihə iştirakçılarına işğala məruz qalan dövlət kimi Azərbaycan haqqında geniş informasiya veriləcək, uzun müddətdən bəri Ermənistanın terror siyasətindən əziyyət çəkən ölkəmiz haqqında dünya ictimaiyyətinə obyektiv, ədalətli məlumatlar çatdırılacaq. Qeyd edək ki, şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud və beynəlxalq əlaqələr üzrə məsləhətçi İlqar Dadaşov 5-8 avqust 2014-cü il tarixlərində “Terrorizmin Qurbanları Fransa Assosiasiyası”nın həyata keçirdiyi layihə çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Bugünkü Azərbaycan gəncliyi Ulu öndərin qoyub getdiyi ideyaların ən güclü daşıyıcılarıdır”
22.11.2018
Azərbaycan və Rusiya Xəzərin hüquqi statusunu müzakirə ediblər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info