Şahmatçılarımız Dünya Şahmat Olimpiadasında
Tarix: 04.08.2014 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Norveçin Tromso şəhərində Dünya Şahmat Olimpiadası start götürüb. Olimpiadada ümumilikdə 317 kollektiv, o cümlədən Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları da iştirak edir.
Kişi şahmatçılardan ibarət yığmada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov yer alıblar.

Komandanın kapitanı Aleksandr Xalifmandır. Fikrət Südeyifzadənin kapitanı olduğu qadınlardan ibarət yığmada Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova mübarizə aparırlar. Azərbaycan olimpiadada 10 hakimlə də təmsil olunur. Kişilərdən ibarət yığma komandamız əvvəlcə IPCA (Fiziki Cəhətdən Əlil Şahmatçıların Beynəlxalq Assosiasiyasının) yığması ilə qarşılaşacaq. Qadın şahmatçılarımızın isə ilk rəqibi İrlandiya millisi olacaq. Olimpiada çərçivəsində avqustun 12-də Tromsoda Azərbaycan günü keçiriləcək. Mərasimdə Olimpiadanın bayrağı 2016-cı ildə bu mötəbər yarışa ev sahibliyi edəcək Bakı şəhərinin rəsmilərinə təqdim olunacaq. Tədbirdə Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının nümayəndələri iştirak edəcəklər. Dünya Şahmat Olimpiadası avqustun 15-də başa çatacaq. Qeyd edək ki, sentyabrın 21-dən oktyabrın 1-dək Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş “Baku Open 2014” beynəlxalq şahmat festivalı keçiriləcəkdir. Festival 3 turnirdən ibarət olacaq. “A” turnirində reytinq göstəricisi 2250 və daha yüksək olan şahmatçılar, “B” turnirində reytinqi 2250-yə qədər olan şahmatçılar, “C” turnirində isə uşaqlar mübarizə aparacaqlar. Festivalın mükafat fondu 50.000 ABŞ dollarına bərabərdir. “A” turnirində birinci mükafat 10.000 dollar olacaq. Doqquz turdan ibarət olan turnir İsveçrə sistemi üzrə keçirilir. Hər partiyada iştirakçıların hər biri üçün ilk 40 gedişə 90 dəqiqə, sonra partiyanın sonuna qədər 30 dəqiqə, üstəgəl hər gediş üçün 30 saniyə vaxt ayrılır. Festivalda 2002-ci il təvəllüdlü və yaşca daha kiçik şahmatçılar iştirak edəcəklər. Qaliblərə diplomlar və qiymətli mükafatlar təqdim ediləcək. Onu da qeyd edək ki, bu il noyabrın 25-dən dekabrın 5-dək Dohada (Qətər) keçiriləcək “Qatar Masters Open” turnirində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da iştirak edəcək. “Qatar Masters Open” turnirində iştirak etmək üçün reytinq indeksi 2700-dən yuxarı olan 120-dən çox şahmatçı müraciət edib. Qətər-open turnirində iştirak edəcək idmançılar arasında Azərbaycan şahmatçıları Eltac Səfərli, Qədir Hüseynov, Nicat Abbasov və Ülvi Bacarani, habelə Zeynəb və Türkan Məmmədyarova bacıları da var. Qrossmeyster Ş.Məmmədyarov (2743) turnirin iştirakçıları arasında reytinq göstəricisinə görə üçüncü yeri tutur. Həmyerlimiz bu göstərici üzrə yalnız rusiyalı Vladimir Kramnikdən (2777) və fransız Maksim Vaşye-Laqravdan (2766) geri qalır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info