Azərbaycan cəmiyyəti Ermənistanın cəzalandırılmasını tələb edir
Tarix: 04.08.2014 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Azərbaycan cəmiyyəti son günlər cəbhə xəttində baş verən hadisələrə görə beynəlxalq təşkilatlardan Ermənistana sanksiya tətbiq edilməsini tələb edir. Cəmiyətin nüfuzlu şəxsləri, müxtəif QHT-lər, vətəndaş cəmiyyəti institutları ədalətin bərpa olunmasını, Ermənistanın cəzalandırılması tələbi ilə çıxış edirlər.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi yaydığı bəyanatda deyilir ki, yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi İrəvanın və ona bu azğınlığı etməyə imkan verən beynəlxalq qüvvələrin, 20 ildən artıq işğala və beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasına göz yuman BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq və regional qurumların, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, RF və Fransa kimi böyük dövlətlərin üzərinə düşür. Qeyd edilir ki, sülh prosesinə ən böyük təhlükə elə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması və beynəlxalq birliyinin bununla bağlı qəti addımlar atmamasıdır. Buna görə də, ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir, həmsədr ölkələr də bu məsələdə işğalçı dövlətə təzyiqlər emtəlidirlər: “Biz bir daha beynəlxalq qurum və qüvvələrdən 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik”. Beynəlxalq Avrasiya Mətbuat Fondu da cəbhə xətti boyunca gərginliyin artmasından çox ciddi narahatlıq keçirdiyini bəyan edərək, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın artan bu kimi hərəkətlərinə qiymət verməyə çağırış edib. Bəyanatda vurğulanır ki, beynəlxalq ictimaiyyət yaranmış vəziyyətə tezliklə reaksiya verməli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların, görüşlərin intensivləşdiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin belə bir addım atmasını birmənalı şəkildə pisləməlidir: “Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq qurumlar nəhayət həqiqəti anlamalı və Cənubi Qafqazda demokratiyanın, insan haqlarının qorunmasında ən böyük maneə olan Ermənistana və separatçı rejimə qarşı sanksiyalar tətbiq etmək üçün konkret addımlar atmalıdır”. “Borçalı İRƏLİ İctimai Birliyi də beynəlxalq təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməya çağırıb. Azərbaycan-Ermənistan sərhədi və qoşunların təmas xətti boyunca baş verən atəşkəs pozuntusu ilə bağlı Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin yaydığı bəyanatda qeyd edilir ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinə dəstək vermək beynəlxalq təşkilatların birbaşa vəzifə borcudur: «Bu həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin - Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarının geri qaytarılmasının təminatı olar. Beynəlxalq təşkilatlar Ukrayna hadisələrində Rusiyaya qarşı tutduğu siyasi mövqeyi bu gün Ermənistana qarşı da tutmalıdır və Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir».




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Kaspersky Lab” “Windows” əməliyyat sistemində əvvəllər aşkarlanmamış zəiflik tapıb
25.04.2019
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info