“Özəl pensiya institutlarının təşkilinə dair məsləhətləşmələr davam etdirilir”
Tarix: 04.08.2014 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Beynəlxalq ekspertlərlə dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkilinə dair məsləhətləşmələr davam etdirilir.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev məlumat verib. E. Mehdiyev qeyd edib ki, yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericiliyin hazırlanması sahəsində DSMF və Avropa İttifaqının birgə layihəsi çərçivəsində Avropa İttifaqının ekspertləri ölkəmizdə səfərdədir. Səfər ərzində ekspertlər tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla çoxsaylı görüş keçirilməsi, eləcə də Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması nəzərdə tutulur. DSMF sədri həmçinin vurğulayıb ki, qeyri-dövlət pensiya fondlarının təşkili üzrə xüsusi əhəmiyyət kəsb edən konseptual məsələlərdən biri kimi bu fondların yaradılması və onların qeyri-dövlət pensiya təminatı sahəsində fəaliyyəti ilə bağlı hüquqi, iqtisadi, sosial münasibətlərin tənzimlənməsi, eləcə də bu fəaliyyətə dövlət nəzarətinin əsas prinsiplərinin müəyyən edilməsi nəzərdən keçirilir. E. Mehdiyev bütün bu məsələlərin birgə layihə çərçivəsində beynəlxalq təcrübə nəzərə alınmaqla ətraflı araşdırılacağını və qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilikdə əks etdiriləcəyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info