“Donetsk və Luqanskı geri almaq o qədər də asan olmayacaq”
Tarix: 05.08.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Ukraynanın müdafiə naziri Valeri Qeletey ölkəsinin separatçılar üzərində tezliklə qələbə çalacağını deyib. Nazir bildirib ki, Ukrayna hərbi qüvvələri ölkənin şərqində separatçılara qarşı uğurlu mübarizə aparır. V. Qeletey qələbənin tezliklə əldə olunacağını, ancaq Donetsk və Luqansk şəhərlərinin geri alınmasının o qədər də asan başa gəlməyəcəyini söyləyib.
Separatçıların nəzarətindəki ərazilərin get-gedə kiçildiyini vurğulayan nazir bəyan edib ki, Ukrayna qüvvələri Donetsk və Luqansk regionunda 65-dən çox kənd və şəhəri separatçılardan təmizləyib: “Bizim qüvvələrimiz hücum mərhələsindədir. Lakin mən istəyirəm ki, dünya bilsin, Rusiya bunun əvəzini çıxmaq üçün əlindən gələni edir”. V. Qeletey Ukraynanı yanan evə bənzədərək qeyd edib ki, ordu bu yanğını söndürmək üçün evin içərilərinə doğru irəliləyir: “Əgər biz bu yanğını söndürməsək, yanğın Kiyevə, Xarkova və Ukraynanın digər ərazilərinə yayılacaq. Biz hər bir Ukrayna vətəndaşından xahiş edirik ki, bizə bu yanğını söndürməkdə kömək etsin”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info