ABŞ-ın yeni hərbi baza planı Özbəkistana baha başa gələ bilər
Tarix: 05.08.2014 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Bir müddət əvvəl bəzi media orqanlarında belə bir xəbər yayılmışdı ki, ABŞ Özbəkistanda yeni hərbi baza açmaq niyyətindədir. Daha sonra bildirildi ki, Amerika Birləşmiş Ştatları yeni bazanın icarəsi üçün hər il bu ölkəyə 1 milyard dollara yaxın icarə haqqı ödəməyə razıdır. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının komandiri qeneral Lloyd Cey Ostin Özbəkistana səfəri zamanı Əfqanıstana yaxın yerləşən Termez şəhərindən hərbi avadanlıq və təyyarə göndərmək üçün istıfadə olunması üçün müraciət edib.
Bu xəbərlərə münasibət bildirinə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının sözçüsü Fikkel Brian məlumatın yalan olduğunu bəyan edib: "Daşkənddə görüşlər zamanı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmisi bu ölkədə ABŞ bazalarının yerləşdirilməsi planları haqqında heç bir müzakirə aparmayıb" . Hadisələrin maraqlı cəhəti ondan ibarətdir ki, bu xəbərlər özbək rəsmilərinin də bildirdiyi kimi, reallığı əks etdirməsə də, artıq Özbəkistanın başını ağrıtmağa başlayıb. Belə ki, xəbərlərin yayılmasından bir neçə gün sonra Özbəkistan ərazisində “Qaraqalpakstan respublikası” uğrunda mübarizənin başlandığı elan edilib. Krımda keçirilən referendumu xatırladan “İrəli Qaraqalpakstan” təşkilatı fəalları xatırladıblar ki, onların yenidən Rusiyanın tərkibinə qaytarılması üçün bütün şərtlər yetərlidir: "Biz “Qaraqalpakstan”da Rusiya Federasiyasının bayrağını qaldırmağa hazırıq”. Qeyd edək ki, qaraqalpaklar Özbəkistanın tərkibinə 1936-cı ilə qatılıb. Məsələ bundadır ki, qaraqalpaklar etnik, o cümlədən dil baxımından özbəklərdən daha çox qazaxlara yaxındırlar. Özbəklərlə onların tarixi yaxınlığı isə vaxtilə Xivə xanlığının tərkibində olması ilə əlaqədardır. Ötən əsrin 90-cı illərində qaraqalpaklarla bağlı separatizm meyilləri özünü göstərmişdi. Amma həmin vaxt rəsmi Daşkənd separatizmin qarşısını ala bilmişdi. Amma ABŞ hərbçilərinin Özbəkistanda yerləşdirilməsi ilə bağlı xəbərin yayılması belə kifayət edib ki, rəsmi Daskənddə separatizm xəbərdarlığı edilsin. Yeni "qaynar nöqtə"nin yaranması rəsmi Daşkəndin atacağı addımdan asılı olacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info