Çində zəlzələ nəticəsində ölənlərin sayı artır
Tarix: 05.08.2014 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Çinin cənub-şərqində yerləşən Yunnan əyalətində baş verən zəlzələnin qurbanlarının sayı artmaqda davam edir. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 380 nəfərə yaxın insan həlak olub, 1800 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. Zəlzələ rayonunda rabitə və elektrik enerjisi kəsilib. 12 minədək tikinti dağılıb, 30 mini zədələnib. Hazırda axtarış və xilasetmə əməliyyatlarına 10 min hərbçi, yanğınsöndürən və polis cəlb olunub. Təkrarlanan təkanlar axtarış işlərini çətinləşdirir. ABŞ və NATO təbii fəlakətin nəticələrini aradan qaldırmaqda Çinə kömək etməyə hazır olduqlarını bildiriblər. Maqnitudası 6,5 bal olan zəlzələnin episentri Çiyaotun şəhərindən 23 kilometr aralıda yerləşir. Çin seysmoloqlarının məlumatına görə, bu, Yunnan əyalətində son 14 ildə qeydə alınan ən güclü zəlzələdir. 2008-ci ildə qonşu Siçuan əyalətində baş verən 7,9 bal gücündə zəlzələ zamanı 70 min nəfər həlak olmuşdu.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info