Putinin hər iki prezidentlə ayrı-ayrı görüşləri nəzərdə tutulur
Tarix: 05.08.2014 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Minsk qrupunun səyləri Qarabağ nizamlanmasının siyasi prinsiplərinin yer alacağı sənədin qəbuluna yönəlib”
“ATƏT-in Minsk qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsi nizamlanmasının siyasi prinsiplərinin yer alacağı sazişi imzalaması üçün xeyli səy göstərir”. Bunu İTAR-TASS-a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Şübhəsiz ki, təmas xəttində baş verənlər narahatlıq doğurur.
Belə hallar əvvələr də olub. Təəssüf ki, artıq illərdir biz dövri olaraq gərginliyin artması hallarını müşahidə edirik, lakin bu dəfə bütün bunlar həssaslıqla qəbul və təqdim olunur. Xeyli sayda insan ölüb və biz digər ölkələrlə, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri ilə tərəfləri ehtiyatlı olmağa, növbəti dəfə zorakılığın artmasına səbəb olacaq addımlar atmamağa çağırmışıq”, - deyə o vurğulayıb. Lavrov bildirib ki, həftəsonu Soçidə Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulub: “Onlar eyni vaxtda bir yerdə olanda, güman ki, Dağlıq Qarabağ haqqında söhbətsiz keçinmək mümkün olmayacaq. Lakin bunun necə təşkil olunacağı özümüzdən asılıdır. Əlbəttə ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla ATƏT-in Minsk qrupu tərəfindən etimad mühitinin möhkəmləməsi və münaqişə risklərinin azaldılmasına necə yardım edə bilməyimizi müzakirə edəcəyik”.
Rusiya XİN başçısı qeyd edib ki, Qarabağ münaqişəsinə hər iki tərəfdən olduqca həssas yanaşma var: “Biz Minsk qrupunun həmsədri olaraq amerikalı və fransalı tərəfdaşlarımızla birgə nizamlanma prinsiplərinin yer alacağı sənədin imzalanmasına maneçilik törədən bəzi məsələlərin həlli üçün xeyli səy göstəririk. Tərəflərin özləri üçün məqbul paketi formalaşdırması ilə bu məsələləri lazımi səviyyəyə gətirib çıxarmaq mümkündür”. Lavrov qeyd edib ki, münaqişənin nizamlanmasında istifadə olunacaq prinsiplərin yer alacağı siyasi bəyanatın qəbulu bölgədəki vəziyyətin normallaşmasına xidmət edə bilər: “Bunu etmək çətindir. Bu vaxtadək xeyli cəhdlər olub və hər dəfə bizə elə gəlirdi ki, artıq çox önəmli mərhələyə çatmışıq, lakin sonda buna nəsə mane olurdu. Ona görə də proqnozlar verməyəcəm”. Rusiyalı nazir xatırladıb ki, bir müddət öncə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə etimad tədbirlərinin gücləndirilməsinin vacibliyi ilə bağlı razılıq əldə olunub: “Əgər atışma olursa, həmin an meyitlərin qaytarılması, əsirlərin mübadiləsi kimi məsələləri və hansısa əlavə addımları razılaşdırmaq lazımdır ki, təmas xəttindəki durum sabitləşsin”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info