Ağ Evin rəsmi saytında Ermənistanın əleyhinə petisiya yerləşdirildi
Tarix: 05.08.2014 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Ağ Evin rəsmi saytının "Biz xalqıq" (We the People) bölməsində son günlər Ermənistan ordusunun atəşkəs rejimini pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirilib.
Bu barədə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının tələbələri məlumat yayıblar. Tələbələr öz təşəbbüsləri ilə bu petisiyaya başladıqlarını bildiriblər. ABŞ Prezidenti Barak Obama administrasiyasının diqqətinə ünvanlanmış petisiyada son günlər qoşunların təmas xəttində Ermənistan ordusunun atəşkəsi pozduğu və erməni kəşfiyyat qruplarının Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar etdiyi qeyd olunur. Bildirilir ki, bunun nəticəsinə Azərbaycan ordusu itkilər verib, yaralılar var.
Müraciətdə, həmçinin qeyd edilir ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyli insanın ölümünə, regionda sabitliyin və təhlükəsizliyin pozulmasına səbəb olub.
Petisiyada vurğulanır ki, Azərbaycan xalqı bölgədə sülhün bərqərar olmasını və erməni təcavüzkarlarının atəşkəsi pozmalarına son qoyulmasını istəyir.
Petisiyanı dəstəkləmək üçün göstərilən linkə (https://petitions.whitehouse.gov/petition/stop-armenia-violate-casefire-regime-border-azerbaijan/sbD9shFC) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.
Qeyd edək ki, petisiyaya Ağ Ev tərəfindən baxılması üçün bu il sentyabrın 2-dək 100 000 imza toplanmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info