Sergey Markov: “Bu torpaqlar ermənilər tərəfindən zəbt olunub”
Tarix: 05.08.2014 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Rusiyada kifayət qədər tanınmış siyasi şərhçi olan, Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markov ermənilər üçün arzuolunmaz bir fikirlər səsləndirərək onların iddialarını alt-üst edəcək açıqlama verib. O, öz “Facebook” səhifəsində Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu, azərbaycanlıların əsrlər boyunca bu ərazilərdə yaşadığını və rəsmi Bakının hərbi potensialının zəbt olunmuş bölgələrini geri qaytarmağa bəs etdiyini vurğulayıb. Markov bildirib ki, əksəriyyət Azərbaycan-Ermənistan təmas xəttində baş verənləri Ukrayna hadisələri ilə eyniləşdirməyə cəhd edir. O, bu yanaşmanı yanlış baxış adlandırıb: “Azərbaycan döyüş istəmir, sadəcə, yaranmış vəziyyətdən yararlanaraq ona aid olan torpaqları – Şuşanı və digər rayonları geri qaytarmağa çalışır. Bu torpaqlar ermənilər tərəfindən zəbt olunub. Bu ərazilərdə həmişə azərbaycanlılar yaşayıb. 25 ildən çoxdur ki, Ermənistan həmin torpaqları boş saxlayırlar və hesab edirlər ki, Dağlıq Qarabağın guya müstəqilliyini tanıdacaqlar. Amma Azərbaycan öz hərbi üstünlüyünü nümayiş etdirir. Hansı ki, son 15 il ərzində artan iqtisadiyyatı nəticəsində mükəmməl ordu quruculuğu siyasətini həyata keçirib. Müəyyən məqamlarda Ermənistanı dəstəkləyən Rusiya və ABŞ-ın hazırda başı başqa problemlərə, Ukraynadakı olaylara qarışıb. Ermənistan isə heç yada düşmür”. Xatırladaq ki, Rusiya prezidentinin iştirakı ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Hakim dairələrə, Kremlə yaxınlığı ilə seçilən Markovun belə bir fikirlərlə çıxış etməsi müəyyən mətləblərdən xəbər verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info