Səfir: “NATO Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir”
Tarix: 05.08.2014 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


“Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır”.
Bunu Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu “NATO-nun 2014-cü il Uels sammiti: Proqnozlar və perspektivlər" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Səfir bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələr ötən illərdə güclü inkişaf edib. O, tərəflərin demokratiya, institusional və müdafiə sahəsində islahatlarla bağlı fəal əməkdaşlıq etdiyini söyləyib. K. Çiobanu qeyd edib ki, NATO həmçinin silahlı qüvvələrin təlimi və modernləşdirilməsi sahəsində Azərbaycana köməklik göstərir: “Azərbaycanın Əfqanıstanda İSAF əməliyyatlarına dəstəyi və beynəlxalq antiterror kampaniyasına mühüm töhfə verməsi NATO üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın İSAF əməliyyatlarına verdiyi maliyyə və hərbi dəstək Azərbaycanın NATO ilə praktik əməkdaşlığının və regionda təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi fəaliyyətinin göstəricisidir. NATO bunu çox yüksək qiymətləndirir”.
Diplomat əlavə edib ki, Azərbaycan və NATO arasında sıx əməkdaşlıq Qara dəniz və Xəzər dənizi regionunda sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir: “NATO və Avropa Birliyinin bir üzvü olaraq Rumıniya Azərbaycanın Avropa və avroatlantik institutlarla əlaqələrinin genişlənməsinə aktiv dəstək verməyə hazırdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir
19.02.2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edildi - səfir vəzifəsindən geri çağırıldı
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info