“Azərbaycan 20 il əvvəlki ölkə deyil”
Tarix: 05.08.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Ukrayna hadisələrində separatçılara, onlara dəstək verən ölkəyə sanksiyalar tətbiq olunur, ancaq Azərbaycana 20 ildən artıqdır təcavüz edən işğalçı Ermənistana nəinki sanksiya tətbiq edilmir, ona bəzi ölkələr tərəfindən yardım edilir.
Bu barədə AMEA İnsan Hüquqları İnstititu, Xarici İşlər Nazirliyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə "NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı AMEA İnsan Hüquqları İnstititunun rəhbəri, millət vəkili Aytən Mustafayeva deyib. A.Mustafayeva deyib ki, bu onu göstərir ki, dünyada beynəlxalq hüquq yoxdur, güc, maraqlar, oyunçular var, amma yaddan çıxarırlar ki, bu maraqların, oyunların arxasında insan taleləri dayanır. Millət vəkili əlavə edib ki, Azərbaycan 20 il əvvəlki ölkə deyil. Azərbaycanın təbii sərvətləri, geostrateji mövqeyi ilə hər zaman maraq kəsb etdiyini vurgulayan A.Mustafayeva, ölkəmizin böyük yolun ortasında keçid yox, birləşdirici amil olduğunu əlavə edib. Onun sözlərinəgörə, Azərbaycan daha fərqli bir münasibətə layiqdir. A.Mustafayeva vurğulayıb ki, elə beynəlxalq təşkilatlar var ki, yalnız mandatları çərçivəsində fəaliyyət göstəririlər: "NATO da belə təşkilatdır. Biz NATO-dan siyasi dəstək gözləyirik və ümid edirik ki, bu qurumda bizi başa düşəcəklər. Azərbaycan ötən illərdə özünü yaxşı bir tərəfdaş kimi göstərib".

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info