ƏƏSMN daha 9 rayonun işəgötürənlərini ətraflı məlumatlandırıb
Tarix: 05.08.2014 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair növbəti məlumatlandırma tədbirini Şəki şəhərində keçirib. Şəki Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan “Açıq qapı” günü-vətəndaş forumuna bu rayonun və Zaqatala, Balakən, Qax, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ Oğuz rayonlarının işəgötürənləri cəlb olunub. Tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiq olunmasının ölkənin əmək bazarına, işçi hüquqlarının təminatına daha çevik və obyektiv dövlət nəzarəti mexanizmini formalaşdırmağa xidmət etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu islahat tədbiri işçi və işəgötürənlər arasında bağlanan hər bir əmək müqaviləsi üzrə bildirişin, eləcə də əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi zamanı bu barədə bildiriş formalarının EİS-də qeydiyyatdan keçirilməsi yolu ilə rəsmiləşdirilməsini nəzərdə tutur. Bu isə əmək müqavilələrinin tərəflər arasında bir sıra hallarda formal olaraq bağlanması və bir nüsxəsinin işçilərə verilməməsi kimi əvvəllərdə mövcud olmuş mənfi praktikaya son qoyur. Ən başlıcası, EİS əmək müqavilələrində əksini tapan işçi hüquqlarının təmin edilməsinə birbaşa və səmərəli dövlət nəzarətinin həyata keçirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına şərait yaradır. Əmək müqaviləsi bildirişi üzrə EİS-in işləyən əhalinin gələcək sosial təminat hüquqlarının müdafiəsində, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasında mühüm hüquqi əsas yaratdığı da bildirilib.
Forumda əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza ilə “Elektron hökümət” portalı (https://www.e-gov.az) üzərindən EİS-ə daxil edilməsi proseduru əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərə aidiyyatı üzrə praktik bilgilər aşılanaraq, onların ayrı-ayrı sualları cavablandırılıb, həmçinin gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması barədə onlara məlumat verilib. Əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə ilə bağlı işəgötürənlərə metodiki köməklik göstərilməsi üçün ƏƏSMN tərəfindən respublikanın bütün bölgələrində “Yardımçı masaları”nın yaradıldığı da işəgötürənlərin diqqətinə çatdırılıb, onların ünvanları, əlaqə nömrələri barədə KİV-lərdə məlumatlar yayımlandığı qeyd olunub.


İlkin




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info