AMN: “Bəzi KİV-lərin sayəsində erməni kəşfiyyatı məlumat əldə edə bilir”
Tarix: 05.08.2014 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


"Artıq bizim bəzi kütləvi informasiya vasitələrimizin (KİV) fəaliyyəti sayəsində Ermənistanın kəşfiyyat orqanlarının Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası hərəkəti, hərbi hissələrin dislokasiyası haqqında məlumatları əldə etməsinə heç bir maneə, problem qalmayıb. Sadəcə həmin KİV-ləri izləməklə bu məlumatları rahat əldə etmək olar. Bu isə çox böyük təəssüf doğurur". Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, hərbi hissələrin dislokasiya yerləri, komandanlıq haqqında fərdi məlumatlar, döyüş texnikasının yerdəyişməsi, onların sayı, bir məntəqədən digərinə hərəkət etməsi haqqında məlumatlar hərbi sirr sayılır, buna görə də onları yaymaq olmaz: "Bəzi insanlar hərbi texnikanın yerdəyişməsini görən kimi fotoşəklini çəkib sosial şəbəkələrə və KİV-ə yerləşdirib yayırlar. Müdafiə Nazirliyi belə halların qəti əleyhinədir. Bizim tərəfimizdən bununla bağlı KİV-lərə, ictimaiyyətə dəfələrlə müraciət edilib. Sadəcə olaraq nəticəsi yoxdur. Bu da çox böyük təəssüf doğurur".
V.Dərgahlı həmçinin qeyd edib ki, bu hal KİV-lərin və jurnalistlərin heç də hamısına aid deyil. Onların əksəriyyəti dövlətçilik mövqeyindən çıxış edir, həmçinin jurnalistlər vətəndaş mövqeyini bildirir, dövlət maraqlarını müdafiə edir, eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək ifadə edirlər. Amma elələri də var ki, kimliyi, arxasında kimlərin durduğu bəlli olmayan mənbələrdən - sosial şəbəkə səhifələrindən və saytlardan istifadə edirlər: "Fikrimizcə, belə mənbələrdən istifadə edib əhalini çaşdıracaq məlumatlar paylaşmaq qəti şəkildə olmaz. Biz bunu dəstəkləmirik və təəssüf edirik. Ona görə də əhaliyə bir daha müraciət edərək bildiririk ki, həm bəzi KİV-lərdə, həm də sosial şəbəkələrdə gedən dezinformasiya xarakterli məlumatlara inanmasınlar. Bu məlumatları dəqiqləşdirmək lazımdır. Dəqiqləşdirmək üçün yalnız bir rəsmi mənbə var. Bu da Müdafiə Nazirliyinin mətbuat xidmətidir. Yalnız mətbuat xidməti ilə əlaqə saxladıqdan sonra bütün məsələləri aydınlıqla yazmaq, istifadə etmək, paylaşmaq olar.
Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi intensiv olaraq məlumatları operativ şəkildə yayır. Bundan əlavə, mətbuat nümayəndələri həm şəhər, həm də mobil telefonlarla zəng edib istənilən məlumatı ala bilərlər. Biz yayılması mümkün olan heç bir məlumatı gizlətmirik".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info