Naxçıvan şəhərində “Evədək optika” layihəsi uğurla icra olunur
Tarix: 05.08.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərində “Evədək optika” layihəsi çərçivəsində, ümumilikdə, 48 fərdi mənzilə, 6 çoxmənzilli yaşayış binasına optik xətt çəkilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumata görə, cari ilin ilk 6 ayı ərzində isə 13 mənzilə və yeni tikilən 3 çoxmənzilli yaşayış binasına fiberoptik kabel xətləri çəkilib.
Layihənin icrasına 2012-ci ilin avqustundan başlanılıb və GPON (Giqabit Passive Optical Network) avadanlığı vasitəsi ilə reallaşdırılır.
GPON avadanlığının abonent şəbəkəsinə tətbiqi bir optik lif vasitəsi ilə telefon, yüksəksürətli internet, videotelefon və İP televiziya adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edir. Bu, mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini, buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abonentin evinə çəkmək və beləliklə də, ona mis məftilin imkanlarından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkündür. GPON avadanlığı ilə bir binaya gələn tək bir optik xətt splitterlər (ayırıcılar) vasitəsilə 256 abonentə xidmət göstərəcək. Bundan əlavə, bu avadanlıqlar abonentlərə bir xətlə iki telefon nömrəsini işlətmək imkanı verir.
Bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə və şəbəkənin qurulmasını tezləşdirməyə şərait yaradır.
Bir sıra inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq edilən bu üsul özünü doğruldub. Bu sistem yuxarıda qeyd olunanlardan əlavə, həm də evdən iş yerinin idarə edilməsi, iş yerinə vizual nəzarət, elektron təhsil almaq, e-ticarət, bütün bank ödənişlərini və köçürmələrini həyata keçirmək kimi məhdudiyyətsiz imkanlara malikdir.
Naxçıvan Muxtar Respublikasında istismar olunan avtomat telefon stansiyaların 94 faizi optik arabağlantılarla təmin edilib. Bu gün muxtar respublikanın sabit telefon şəbəkəsinin yeni nəsil telekommunikasiya sistemi ilə əvəz olunması uğurla həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info