Köçkün uşaqları yay məktəbində
Tarix: 05.08.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


MVA “Məcburi köçkünlər arasında “Elektron hökumət” in təbliği” layihəsini uğurla davam etdirir.
İyul ayından “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə növbəti layihəsini icra edir. Layihə çərçivəsində avqust ayının əvvəlindən Ağdam və Bərdə rayonlarından olan məcburi köçkün uşaqları üçün yay məktəbinə başlanıb. Layihənin rəhbəri Fərman Nəbiyevin dediyinə görə, avqustun 10-dək davam edəcək məktəbin proqramına kompyuter və liderlik bacarıqlarının artırılması ilə bağlı təlimlər daxildir: “Hər iki təlimi aparmaq üçün səriştəli mütəxəssisləri layihəyə cəlb etmişik. Zəngin QHT və təlimçi keyfiyyətlərinə malik Yeganə Nəbiyeva və “İlin müəllimi” Natəvan Mustafayeva ilk gündən auditoriyanı ələ ala biliblər. Eyni zamanda uşaqlar üçün maraqlı gəzintilər təşkil olunur. Valideynləri övladlarının darıxacağını zənn etsələr də, gümanlarında yanılıblar. Uşaqlar ata-analarının zənginə: “Heç narahat olmayın, burda bizim üçün çox yaxşıdır” ,-deyirlər.
Yay məktəbində iştirak etmək üçün 12 nəfər müraciət etsə də, yalnız 6 nəfər seçilib. Onların kiçiyinin 12, böyüyünün 15 yaşı var. Bu uşaqlar Dağlıq Qarabağ münaqişəsi zəminində daimi yaşayış yerlərini itirən və başqa bölgələrdə məskunlaşan ailələrin övladlarıdır.
Layihə çərçivəsində Bərdədə və Ağdamda məcburi köçkün həyatını yaşayan insanların İKT bacarıqlarının artırılması məqsədilə təlimlər də təşkil olunub. Elə, təlimçilər də köçkün rayonların vətəndaşlarıdır. Eyni zamanda hər iki rayonda və Mingəçevirdə “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlər barədə informasiya sessiyalarının keçirilməsi nəzərdə tutulub.
Günəş




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info