Azərbaycan regional təhlükəsizliyin dəstəklənməsi üçün aktiv fəaliyyət göstərir
Tarix: 05.08.2014 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


AMEA İnsan Hüquqları İnstitutu, Xarici İşlər Nazirliyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılıqları ilə “NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Тədbiri giriş sözü ilə İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva və Rumıniyanın Azərbaycandakı səfiri Daniell Kristian Çiobanu açıblar. Onlar Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından söz açıb, Azərbaycan–NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz, geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün oynadığı roldan bəhs ediblər. Qeyd edilib ki, Azərbaycan NATO ilə əlaqələri yüksək qiymətləndirir və bu, xüsusilə, təşkilatın Çikaqo sammitindən sonra yeni imkanların yaranması baxımından, daha da prioritet istiqamət təşkil edir. Konfransın “Qlobal təhlükəsizlik problemlərinin həllində Cənubi Qafqazın rolu” adlanan ilk bölməsində qloballaşma ilə əlaqədar olaraq təhlükəsizlik sektorunda islahatlar aparılmasından söhbət açılıb və Azərbaycanın NATO ilə bugünkü əməkdaşlığından və gələcək perspektivlərdən bəhs edilib.
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq NАТО-nun Uels sammiti üçün prioritetlər mövzusunda çıxış edib. Daxili İşlər Nazirliyi Polis Akademiyasının polkovnik-leytenantı Vasif Nəcəfov NATO-ya üzv dövlətlərə və onun tərəfdaşlarına olan yeni çağırışların və təhdidlərin qarşısının alınmasında Azərbaycanın rolu, o cümlədən Cənubi Qafqazda terrorizmlə mübarizənin təmin olunması məsələləri, yəni Azərbaycan – NATO münasibətlərində siyasi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə, eyni zamanda Əfqanıstanla bağlı əməliyyatlarda Azərbaycanın öz töhfələrini verməsindən söz açıb. İnsan Hüquqları İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun məruzəsində isə beynəlxalq təhlükəsizliyin yeni təhdidləri fonunda NATO-nun rolunun müəyyən olunması məsələlərinə toxunulub. Daha sonra Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami NATO-nun Uels sammitinin perspektivləri bаrədə çıxış edib.
Konfransın “NATO-Azərbaycan əməkdaşlığı: ötən 20 ilin nəticələri və perspektivlər” adlı ikinci bölməsi NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahuenin məruzəsi ilə başlayıb. O, NATO ilə Azərbaycanın bugünkü əməkdaşlığından və gələcək perspektivlərdən söz açıb. Müdafiə Nazirliyinin Hərbi strategiya və müdafiə planlaşdırılması idarəsinin rəisi polkovnik Elman Səmədov da çıxış edib. Bu bölmədə həmçinin AMEA İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Vaqif Dadaşzadə “NATO və Rusiya: postsovet məkanında ziddiyyətli əməkdaşlıq” məsələlərindən bəhs edib. Müzakirələr zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.
Konfransın sonunda İnsan Hüquqları İnstitutunun direktoru A.Mustafayeva Azərbaycanın hazırda NATO ilə sıx əməkdaşlıq etdiyini, regional təhlükəsizliyin dəstəklənməsi üçün tərəfdaşlıq potensialının və şərtlərinin yaradılması istiqamətində aktiv və məhsuldar fəaliyyət göstərdiyini vurğulayıb.
Tədbirdə Prezident Administrasiyasının məsul işçiləri, Milli Məclisin deputatları, Fövqəladə Hallar, Müdafiə, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi, Sənaye və Energetika, Daxili İşlər və digər nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Nigar Abdullayeva






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info