5 il müddətinə qüvvədə olacaq subsidiyaların həcmi artırılıb
Tarix: 05.08.2014 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün 5 il müddətinə qüvvədə olacaq subsidiyaların həcmini artırıb. Bu barədə Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında məlumat verilir.
Nazirlər Kabinetinin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları" və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları" haqqında qərarlarına edilən dəyişikliklərə əsasən, hüquqi və fiziki şəxslər subsidiyalar hesabına mineral gübrələr alarkən əvvəlki 50 faiz əvəzinə mineral gübrənin dəyərinin 70 faizi ödəniləcək. Subsidiyaların şamil edildiyi alışların dəyəri əvvəlki 50 manat əvəzinə 80 manatdan başlayır. Bundan başqa, mineral gübrələrin alışında subsidiyaların verilməsi zamanı 300 kiloqram yuxarı hədd ləğv olunur. Motor yağı və yanacağın alınmasında subsidiyaların həcmi əvvəlki kimi hər hektar əkin sahəsinə görə 40 manat səviyyəsində qalır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info