Britaniyalı deputat: “Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır”
Tarix: 05.08.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Leyborist Partiyasının ölkə parlamentdəki üzvü Jerri Satklif (Gerri Sutkliffe) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış duruma şərh verib.
Azərbaycan-Avropa Cəmiyyətindən verilən məlumata görə, britaniyalı deputat qeyd edib ki, son günlər münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinin 14 hərbçisi həlak olub, 2 azərbaycanlı mülki şəxs isə qanunsuz olaraq həbs edilib.
O, bildirib ki, Azərbaycana məxsus olan ərazilər qaytarılmalı və 1 milyona yaxın azərbaycanlı məcburi köçkünə öz evlərinə geri dönmək üçün imkan verilməlidir: "Mən Azərbaycanda səfərdə olan zaman məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə baş çəkib onların şəraiti ilə yaxından tanış olmuşam. Azərbaycan hökumətinin məcburi köçkünlər üçün rahat yaşayış şəraiti yaratmaq üçün səy göstərdiyi zaman yenə də bu insanların ən böyük arzusu öz evlərinə qayıtmaqdır. Ermənistan buna dair öz öhdəlikləri ilə bağlı ölçü götürməli və yol verdiyi beynəlxalq hüquq pozuntularına son qoymalıdır".
Məlumat üçün bildirək ki, Jerri Satklif sonuncu leyboristlər hökumətində davamlı və nəzərəçarpan siyasi karyera qurmağa müvəffəq olub. O, ədliyyə və idman naziri olmaqla yanaşı, Ticarət və Sənaye Departamentində yüksək vəzifələrdə çalışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info