Azərbaycan –Gürcüstan jurnalistlər birliyinin yaradılması təklif olunur
Tarix: 05.08.2014 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Azərbaycan jurnalistlərinin Gürcüstan səfəri başa çatıb. Azərbaycanın media mənsubları səfərin sonuncu günündə Gürcüstanlı həmkarları ilə görüşüblər. Gürcüstanın İdman və Gənclər nazirliyində baş tutan görüşdə Gürcüstanın idman və gənclər naziri Levan Kipiani, Regionlar Televiziyalar Assosiasiyasının sədri Natiya Kupraşvili, Gürcüstanın İdman və Gənclər Nazirliyin yanında Gənclər və Uşaq Fondunun sədri İrakli Jorjuaşvili və digərləri iştirak ediblər.
Gürcüstanın idman və gənclər naziri Levan Kipiani Azərbaycan xalqına son günlər cəbhədə Azərbaycan tərəfinin 13 şəhid verməsi ilə bağlı başsağlığı verib. Kipiani şəhidlərin ailələrinə səbir diləyib
İrakli Jorjuaşvili görüş və digər məsələlər barəsində danışıb. Natiya Kupraşvili çıxışında Azərbaycan Gürcüstan əlaqələrindən söz açıb. İki ölkə arasında media münasibətlərinin inkişafı istiqamətində lazımi layihələrin həyata keçirilməsi üçün hər zaman hazır olduqlarını bildirib.
Gürcüstanda Azərbaycan Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva vurğulayıb ki, iki ölkənin mediası arasında əlaqələrin daha irəliyə aparılması vacibdir. “Xalq” qəzetinin əməkdaşı Əfsanə Ələsgərli də Gürcüstan-Azərbaycan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. O, həmçinin əlavə edib ki, həm Gürcüstan, həm də Azərbaycan separatizmdən əziyyət çəkən ölkələrdir: “Bu və digər məsələlər barəsində hər iki ölkə əhalisinə doğru informasiya çatdırmaq zəruridir. Bu səbəbdən də hər iki ölkənin mediası arasında əlaqələrin inkişaf etdirilməsi zəruridir və bu istiqamətdə addımlar atılmalıdır”. Diaspor Jurnalistləri Birliyinin (DJB) idarə heyətinin üzvü, “Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli isə təkliflə çıxış edib. O, Gürcüstan və Azərbaycan jurnalistlərindən ibarət bir təşkilatın yaradılmasının əhəmiyyətli olduğunu önə çəkib. Sonda isə DJB sədri, “Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə görüşün təşkilinə görə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Gürcüstanın İdman və Gənclər Nazirliyinə, eləcə də gürcüstanlı jurnalistlərə təşəkkürünü bildirib.

Fuad Hüseynzadə
(Tbilisi-Bakı)




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info